6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

TDT-nin Baş Prokurorlar Şurası hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platformadır

4 Oktyabr 2024 19:34
TDT-nin Baş Prokurorlar Şurası hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platformadır

Bakı. AzerVoice

Oktyabrın 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Yılmaz Tunçla görüşüb

AzerVoice xəbər verir ki, görüş zamanı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.

Kamran Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib.

Baş prokuror 2021-ci ildə Bakıda təsis olunmuş TDT-nin Baş Prokurorlar Şurasının hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulayıb.

2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində Ankara şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirakını xatırladan Baş prokuror, həmin tədbirin üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Yılmaz Tunç ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsini və səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak edib.

TDT-nin Baş Prokurorlar Şurası hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platformadır TDT-nin Baş Prokurorlar Şurası hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platformadır TDT-nin Baş Prokurorlar Şurası hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platformadır TDT-nin Baş Prokurorlar Şurası hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platformadır TDT-nin Baş Prokurorlar Şurası hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platformadır
Məqalədə: #Türk Dövlətləri Təşkilatı (TDT) #Kamran Əliyev

Mövzu üzrə digər xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

24 Avqust 10:02
TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir
Türk Dövlətləri

TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

14 Avqust 12:09
Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb
Qırğızıstan

Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

23 İyul 11:42
Şuşada mühüm sənəd imzalandı
Cəmiyyət

Şuşada mühüm sənəd imzalandı

30 İyun 16:21

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.