5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Geyim əxlaqın birbaşa göstəricisi deyil

11 Oktyabr 2024 21:27
Geyim əxlaqın birbaşa göstəricisi deyil

Bakı, AzerVoice

Geyim nə əxlaqın, nə də əxlaqsızlığın birbaşa göstəricisi deyil.

Bu sözləri AzerVoice-a müsahibəsində Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov deyib.

Elvüsal Məmmədov deyib ki, geyiminə görə bu və ya digər qadını əxlaqsızlıqda ittiham etmək həm dini nöqteyi-nəzərə görə doğru deyildir, həm də əxlaqın qiymətləndirilməsi kimi mürəkkəb problemi kompleks deyil, tək bir parametr əsasında həll etməyə cəhd göstərməkdir.

Geyimdə Allahın qoyduğu qaydalardan kənara çıxan fərdin islam hüququnda əxlaqsız deyil, asi (Allahın qaydalarını pozan, günahkar) kimi tövsif edildiyini deyən müsahibimiz “geyiminə görə bir qadına əxlaqsız demək onun ismətini şübhə altına almaq, bununla da ona iftira atmaq (qəzf əl-mühsənat) mənasına gəlir. Qadının ismətini şübhə altına almaq, ona böhtan atmaq isə böyük və həlakedici günahlardan (kəbairü mubiqat) sayılır”-deyə bildirib.

Həmçinin müsahibimiz deyib ki, müsəlman hüququnda qadının geyimdə Allah tərəfindən qoyulan qaydalardan kənara çıxması əxlaq məsələsi kimi deyil, şəriət hökmlərinə münasibət məsələsi kimi öyrənilir. Odur ki belə bir hal baş verdikdə problemi əxlaq məsələsi kimi həll etmək islam hüquq təcrübəsi və ənənəsindən kənara çıxmaqdır. İslam mövqeyində dayanaraq, geyimi üzündən qadına əxlaqsız deyənlər hüquqi (fiqhi) status (əl-hökm əş-şər`i) və əxlaqi davranış anlayışları arasında fərq qoymağı bacarmayan şəxslərdir.

“O ki qaldı, əxlaqi kimliyin qiymətləndirilməsinə, bu mürəkkəb problemin həlli tək parametrlə kifayətlənməyi deyil, kompleks yanaşma tələb edir. Geyim tək bir parametrdir, odur ki birbaşa nəyinsə göstəricisi ola bilməz, fərdin həyat tərzi, davranışları, danışığı, başqalarına münasibəti sərf-nəzər edilə bilməz. Nəzərə alaq ki, liberal-dünyəvi cəmiyyətlərdə bu gün ayıb sayılan şey sabah ayıb sayılmaya bilir, məhz bu baxımdan müəyyən geyim formasına üstünlük vermək, hər şeydən əvvəl, mövcud vəziyyətə uyğun hərəkət edən fərdin şüurlu, yaxud şüursuz seçimindən başqa bir şey deyildir, yaxud mövcud dəb, yaxud mədəni paradiqmalara uyğun davranmaqdır. Fikrimizcə, təkcə geyiminə görə bir xanım haqqında əxlaqsız sözünü işlətmək onun kimliyini, şəxsiyyətini zənn altına almaqdır, cəmiyyətdə adını qara çıxarmaqdır. Üstəlik, geyimin indiki dövrdə pop-mədəniyyətin təsiri ilə şüurlu seçimdən daha çox dəb ifadə edən seçim halına gəlməsi bizi daha ehtiyatlı hərəkət etməyə vadar edir” - deyə o, bildirib.

Təkcə geyiminə görə bir xanım haqqında əxlaqsız sözünü işlətmək onun kimliyini, şəxsiyyətini zənn altına almaq olduğunu deyən müsahibimiz, geyimin indiki dövrdə pop-mədəniyyətin təsiri ilə şüurlu seçimdən daha çox dəb ifadə edən seçim halına gəldiyini bildirib.

“Geyim nə əxlaqın, nə də əxlaqsızlığın birbaşa göstəricisi deyildir. Bir şəxsin əxlaqlı olub-olmamağını təkcə geyimlə əlaqələndirmək əsəbi-emosional və sadəlövh yanaşmanı ifadə edir. Təbi ki, söhbət tanımadığımız fərdləri geyiminə görə əxlaqsızlıqda ittiham etməkdən gedir. Statusda əxlaqsız həyat sürməyi hər kəsə məlum fərdlərin geyim-keçimi müzakirə olunmur ” - deyə o, müsahibə zamanı bildirib.

Geyim əxlaqın birbaşa göstəricisi deyil
Məqalədə: #Elvüsal Məmmədov #geyim #əxlaq

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Fəallaşan dönüklər, yaxud riyakar "konyunkturşiklər" haqqında
Rəy

Fəallaşan dönüklər, yaxud riyakar "konyunkturşiklər" haqqında

22 İyun 2025 11:23
Tarixin doğmalaşdırılması və "epoxe" prinsipi haqqında
Baş xəbər

Tarixin doğmalaşdırılması və "epoxe" prinsipi haqqında

28 May 2025 14:41
Əxlaqın süqutu: Ateizmin gətirdiyi mənəvi boşluq
Cəmiyyət

Əxlaqın süqutu: Ateizmin gətirdiyi mənəvi boşluq

9 May 2025 10:59

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.