8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız poeziyasının klassiki Alıkul Osmonova həsr olunmuş Beynəlxalq Forumda iştirak edib

13 May 2025 12:50
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız poeziyasının klassiki Alıkul Osmonova həsr olunmuş Beynəlxalq Forumda iştirak edib

BAKI, AzerVoice

12 may 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Qırğız Respublikasına etdiyi işgüzar səfər çərçivəsində Bişkek şəhərində yerləşən Yusup Balasaqun adına Qırğız Milli Universitetində keçirilən “Alıkul Osmonovun Poeziya Dünyası” adlı Beynəlxalq Forumda iştirak edib.

AzerVoice xəbər verir ki, görkəmli qırğız şairi Alıkul Osmonovun anadan olmasının 110 illiyinə həsr olunmuş bu forum, müasir qırğız poeziyasının banilərindən biri olan şairin yaradıcılığının elmi-akademik müstəvidə təbliği və tədqiqi məqsədilə mühüm bir tədbir kimi təşkil olunub.

Forum çərçivəsində Aktotı Raimkulova açılış nitqi ilə çıxış edərək Alıkul Osmonovun poetik irsinin bütün türk sivilizasiyası üçün əhəmiyyətini vurğulayıb, 2024-cü ildə Fond tərəfindən Bişkek şəhərində Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinin uğurla icra olunduğunu qeyd edib. O, həmçinin Fondun türk mədəniyyəti, ədəbi irs və mədəniyyətlərarası əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi əsas təşəbbüsləri forum iştirakçılarına təqdim edib.

Forum Qırğızıstanın elmi, siyasi və mədəni qurum nümayəndələrini bir araya gətirib. Tədbirin fəxri qonağı Qırğız Respublikasının Dövlət katibi Suyunbək Kasmambetov olub.

Türk Mədəniyyəti və İrsi Fondu ənənəvi olaraq türk xalqlarının ədəbi və tarixi irsinin qorunması və təbliğinə yönəlmiş layihələri dəstəkləyir. Tədbirdə iştirak, türk ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə verilmiş önəmli bir töhfə kimi dəyərləndirilir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız poeziyasının klassiki Alıkul Osmonova həsr olunmuş Beynəlxalq Forumda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız poeziyasının klassiki Alıkul Osmonova həsr olunmuş Beynəlxalq Forumda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız poeziyasının klassiki Alıkul Osmonova həsr olunmuş Beynəlxalq Forumda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız poeziyasının klassiki Alıkul Osmonova həsr olunmuş Beynəlxalq Forumda iştirak edib
Məqalədə: #Qırğızıstan #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15
ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb
Siyasət

ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb

1 Sentyabr 13:17
Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib
Siyasət

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

1 Sentyabr 12:57

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.