4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xəzər Universitetində Azərbaycanda əsirlərə yardım mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Xəzər Universitetində Azərbaycanda Osmanlı əsirləri, Nargin və Azərbaycan cəmiyyətinin əsirlərə qardaş yardımı mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

17 İyun 2025 12:42
Xəzər Universitetində Azərbaycanda əsirlərə yardım mövzusunda beynəlxalq elmi konfrans keçirilib

BAKI, AzerVoice

Xəzər Universitetində Azərbaycanda Osmanlı əsirləri, Nargin və Azərbaycan cəmiyyətinin əsirlərə qardaş yardımı mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AzerVoice xəbər verir ki, 13 iyun 2025-ci il tarixində Xəzər Universitetinin ev sahibliyində Birinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri (Nargin və Azərbaycan Cəmiyyətinin Əsirlərə Yardımları ) adlı, Gürcüstan, Türkiyə, Azərbaycan və Rusiyanın arxivlərinin mövzuyla bağlı tədqiq edilməsini ehtiva edən layihə çerçivəsində beynəlxalq elmi konfrans və nadir arxiv sənədləri, fotolardan ibarət sərgi keçirildi. Tarix və arxeologiya departamenti ilə yanaşı TİKA və Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun birgə təşkilatçılığında həyata keçirilən tədbirdə bir çox tanınmış mütəxəssis və tədqiqatçı öz məruzələri ilə çıxış edib.

Mərmər zalda baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, daha sonra konfransın plenar iclasına keçirilib. Açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Prof. Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, TİKA sədr müavini Dr. Ümit Naci Yorulmaz və layihənin əlaqələndiricisi, Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun rəhbəri Dos. Telman Nüsrətoğlu çıxış edərək, həm layihənin əhəmiyyətini vurğulayıb, həm də Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın tarixi əsaslarını dilə gətirib. Bundan əlavə musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi altında Məhsəti Cabbarova və Xəzər Universitetinin kamera orkestri tərəfindən Çanaqqala və Yəmən türküləri ifa edilib. Plenar iclasın sonunda isə arxivlərdən əldə edilən tarixi kadrları ehtiva edən videoçarx nümayiş etdirilib. Konfrans müddətincə Azərbaycan, Türkiyə və Gürcüstan arxivlərindən əldə edilmiş çox sayda arxiv sənədi və dövrə aid şəkillərdən ibarət foto-sərgi də qonaqlara təqdim edilib.

Ümumilikdə beş paneldən ibarət olan konfransın elmi iclaslarında mövzunun ən mühüm tədqiqatçılarından olan Atatürk Universitetinin müəllimi Prof.Dr. Betül Arslan, TİKA başkan yardımcısı Dr. Ümit Naci Yorulmaz, Azərbaycan Türk Ocağı Başkanı Dr. Akif Aşırlı , məhşur ürək cərrahı , Sarıqamış Cəmiyyətinin sədri Prof.Dr. Bingür Sönməz. Dumlıpınar Universitetinin rektoru Prof.Dr.Süleyman Kızıltoprak, Mərmərə Universiteti Türkiyyat Araştırmaları İnstitutu müdiri Prof.Dr. Okan Yeşilot, Azərbaycan İdarəçilik Akademiyasının kafedra müdiri dos.Firdovsiyyə Əhmədova, Azərbaycan Pedaqoji Universitetinin müəllimi Prof.Dr. Xəqani Məmmədobv, Mərmərə Universitetinin müəllimi dos. Mehdi Gəncəli, Karabük Universitetinin müəllimi Prof.Dr. Ali Asker, BDU- nun müəllimi dos.Boran Əziz, Xəzər Universitetinin kafedra müdiri dos. Telman Nüsrətoğlu, Qaziantəp Universitetinin dosenti Sadık Çətin, Sağlık Bilimləri Universitetinin dosenti Resul Kösə, Xəzər Universitetinin müəllimləri Dr. Söhrab Mustafayev, Dr.Ramin Fətullayev, Ceyran Məmmədova və diyər tarixçilər tərəfindən Azərbaycan cəmiyyətinin əsirlərə yardımlarının müxtəlif istiqamətləri ,əsirlərin Nargindəki həyatı , milli komitə, cəmiyyətlər və qəzetlərin əsirlər, möhtaçlarla bağlı yardım fəaliyyətləri müxtəlif panellərdə geniş şəkildə işıqlandırılıb. Azərbaycan, Türkiyə və Rusiyadan gələn mütəxəsislər məsələnin tarixi, milli, hüquqi və insani tərəflərini geniş şəkildə mütaliə və izah ediblər. Hər panelin sonunda çıxışçılara və tədbirdə könüllü olaraq fəaliyyət göstərən tələbələrə sertifikatlar verilib. Konfransa aid tezislər və proqram öncədən çap edilmiş və gələn qonaqlara təqdim edilmişdir. Bundan başqa bu mühüm tarixi dövrü unutmamaq, Azərbaycan- Türkiyə qardaşlığının dərin tarixi təməllərini yaddaşlarda daima diri tutmaq, onların xatirələrini əbədiləşdirmək üçün irəli sürülən aşağıdakı təkliflər konfrans iştirakçıları tərəfindən dəstəklənib.

7 may “Qardaş köməyi günü”nün Türkiyə və Azərbaycan türklərinin qardaşlıq və həmrəylik günü kimi qəbul edilməsi və hər il 7 mayda tədbirlərin keçirilməsi

Tarixi İsmailiyyə binasının Türk dünyası mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün müvafiq orqanlara təklif verilsin.

Azərbaycan və Türkiyə dövlətçiliyi, müstəqilliyi üçün çalışan Nargin adasında həyatını itirənlər üçün sahildə bir xatirə lövhəsi qoyulsun.

Hacı Zeynəlabidin Tağıyev, Ömər Faiq Nemanzadə, Dr. Hüsrev bəy Sultanov, Əhməd Cavad kimi şəxslərin adlarının Türkiyədə müxtəlif yerlərə verilməsi və bu şəxslərin tanıdılmasının təmin edilməsi üçün tədbirlər keçirilməsi.

Medyada türk xalqları ilə bağlı çox sayda xəbərin hazırlanması və qardaş dövlət xalqlarının bir-birini daha yaxından tanıması üçün çalışmalar aparılması.

Xəzər Universitetində Azərbaycanda əsirlərə yardım mövzusunda beynəlxalq elmi konfrans keçirilib Xəzər Universitetində Azərbaycanda əsirlərə yardım mövzusunda beynəlxalq elmi konfrans keçirilib Xəzər Universitetində Azərbaycanda əsirlərə yardım mövzusunda beynəlxalq elmi konfrans keçirilib Xəzər Universitetində Azərbaycanda əsirlərə yardım mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Məqalədə: #Xəzər Universiteti #beynəlxalq elmi konfrans #Azərbaycanda Osmanlı əsirləri #Nargin və Azərbaycan cəmiyyətinin əsirlərə yardımı

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.