9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə görüşüb.

25 İyun 2025 12:36
Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb

Bakı. AzerVoice

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə görüşüb.

AzerVoice xəbər verir ki, komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi, multikultural dəyərlərin qorunub saxlanılması, dini etiqad azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışıb.

Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsi, dinlərarası dialoqun inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərin təşviqi, islamofobiya, ksenofobiya kimi qlobal xarakterli problemlərin həllinə yönəlmiş təşəbbüsləri haqqında məlumat verib. Ölkəmizin islam həmrəyliyi ideyalarının təbliği sahəsindəki təcrübəsinə diqqət çəkib.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi bildirib ki, islamofobiya meyillərinin artması, İslamı gözdən salmaq cəhdləri həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini labüd edir. O, bu mənada Azərbaycanın sərgilədiyi mövqeyi yüksək qiymətləndirdiyini bildirib.

Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botmanla görüşdə isə dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun təşviqindəki mühüm rolundan, Bakının adı çəkilən mövzularda beynəlxalq konfrans və forumlara ev sahibliyi etməsinin əhəmiyyətindən bəhs edilib. Əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olunub.

Azərbaycan nümayəndə heyəti, eyni zamanda Almaniyadakı Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyətinin üzvlərinə kilsənin tarixi barədə məlumat verilib. Dövlət Komitəsinin sədri ölkəmizdə dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısından danışıb. Azərbaycanda dini müxtəlif konfessiyalara aid dini ibadət yerlərinin qorunub saxlanılması, təmir və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb
Məqalədə: #Azərbaycan #Almaniya #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.