6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir - Əhməd İsmayılov

Milli mətbuatımızın 150 illik yubileyində məhz gənclərə yönəlik belə bir mötəbər forumun keçirilməsi ideyası təsadüfən yaranmayıb.

11 İyul 2025 11:55
Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir - Əhməd İsmayılov

Bakı. AzerVoice

Milli mətbuatımızın 150 illik yubileyində məhz gənclərə yönəlik belə bir mötəbər forumun keçirilməsi ideyası təsadüfən yaranmayıb.

AzerVoice xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

İcraçı direktor bildirib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qəzet təsis etmək ideyası məhz gənc yaşlarında yaranıb və çoxsaylı cəhdlərindən sonra bu ideyanı yalnız 1875-ci ildə reallaşdıra bilib:

“Azərbaycan milli mətbuatının yaradıcılarının hamısı - Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və adlarını bu cərgədə qürurla ana biləcəyimiz bütün maarifçi ziyalılarının hamısı gənc yaşlarında belə təşəbbüslə çıxış ediblər.

Onlar dövrün özünəməxsus çətinliklərinə, müxtəlif maneələrinə baxmayaraq, məqsədlərinə çatıblar. 150 illik mətbuatımızın tarixini yaradanlar Azərbaycanın ilk maarifçi gəncləri olublar. Biz bu gün zəngin tariximiz haqqında danışırıq, amma unutmayaq ki, bu, gənclərin yaratdığı tarixdir və bu prosesin məntiqi nəticəsi olaraq milli mətbuatımızın hazırkı estafetini də yeni nəsil gənclər, yəni sizlər qəbul etməlisiniz”

Ə.İsmayılov bildirib ki, indi dövrün çağırışları, zamanın tələbləri dəyişib, klassik maarifçilərimizdən fərqli olaraq Azərbaycan gənci indi müstəqil dövlətin vətəndaşıdır.

“Vətən müharibəsində zəfər çalan ölkəmizin gənclərinin qarşıya qoyduqları məqsədlərə çatması üçün dövlətimiz tərəfindən bütün lazımi dəstək göstərilməkdədir. Məhz bu baxımdan milli mətbuatımızın yubiley tədbirləri çərçivəsində gənclərə yönələn ayrıca forumun keçirilməsi təşəbbüsümüz gənclərin kreativ potensialına olan böyük ümidlərimizdən və inamımızdan irəli gəlir.

Əminik ki, siz Azərbaycan mediasının yeni nəsli kimi üzərinizə olduqca məsuliyyətli bir missiya götürdüyünüzü anlayırsınız, biz də öz növbəmizdə bu nəcib missiyanı uğurla yerinə yetirəcəyinizə, mediamızda özünüzün yaddaqalan uğur hekayənizi yazacağınıza inanırıq”, - deyə o qeyd edib.

Məqalədə: #Əhməd İsmayılov

Mövzu üzrə digər xəbərlər

Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov
Cəmiyyət

Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov

10 İyun 15:38
Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir - Əhməd İsmayılov
Cəmiyyət

Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir - Əhməd İsmayılov

1 May 11:59
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır
Cəmiyyət

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

12 Yanvar 15:13
TDT çərçivəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır - Əhməd İsmayılov
Siyasət

TDT çərçivəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır - Əhməd İsmayılov

18 Dekabr 2025 16:06

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.