13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakı Təşəbbüs Qrupu lideri Simon Bolivar İnstitutunun konfransında iştirak edib

Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov Simon Bolivar İnstitutunun Xalqlar arasında Sülh və Həmrəylik Fondunun Prezidenti Blanka Qomesin dəvəti ilə iştirak etdiyi “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış edib. Abbasov çıxışında Bakı Təşəbbüs Qrupunun (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəklədiyini, təşkilatın beynəlxalq ictimaiyyətə bu məsələlərin reallıqlarını çatdırmaq üçün geniş fəaliyyət göstərdiyini bildirib.

3 Oktyabr 2025 15:54
Bakı Təşəbbüs Qrupu lideri Simon Bolivar İnstitutunun konfransında iştirak edib

Bakı, AzerVoice

Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov Simon Bolivar İnstitutunun Xalqlar arasında Sülh və Həmrəylik Fondunun Prezidenti Blanka Qomesin dəvəti ilə iştirak etdiyi “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış edib.

AzerVoice xəbər verir ki, Abbasov çıxışında Bakı Təşəbbüs Qrupunun (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəklədiyini, təşkilatın beynəlxalq ictimaiyyətə bu məsələlərin reallıqlarını çatdırmaq üçün geniş fəaliyyət göstərdiyini bildirib.

O, Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyini, 2023-cü ilin iyulunda Bakıda təşkil olunan “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfrans çərçivəsində BTQ-nin yaradılmasının qərarlaşdırıldığını qeyd edib. Təşkilatın müstəmləkəçilik və neokolonializmin ləğvi, dekolonizasiya hüququnun təşviqi və əsarət altında olan xalqlara dəstək verməyi məqsəd qoyduğunu vurğulayıb.

Abbasov, BTQ-nin qlobal dekolonizasiya hərəkatında nüfuzlu platformaya çevrildiyini, BMT qərargahlarında və digər beynəlxalq tədbirlərdə 40-dan çox konfrans təşkil etdiyini, siyasi liderlər və beynəlxalq ekspertlər arasında dialoq yaratdığını bildirib.

O, həmçinin 2024-cü ildə Bakıda keçirilən Millətçi və Müstəqillik Hərəkatlarının Birinci Konqresində müstəmləkəçiliklə mübarizə aparan hərəkatların birləşməsini təmin edən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradıldığını xatırladıb.

Abbas Abbasovun sözlərinə görə, BTQ tərəfindən hazırlanan hesabatlar BMT səviyyəsində dəstəklənir və təşkilat müstəmləkəçiliklə bağlı müxtəlif sahələrdə tədqiqat və analizlər aparır.

BTQ-nin əsas missiyası müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstək verməkdir və bu sahədə Azərbaycan regionda önəmli qlobal platforma rolunu oynayır.


Məqalədə: #Müstəmləkəçilik #Bakı Təşəbbüs Qrupu #Abbas Abbasov #BTQ #Simon Bolivar İnstitutu #Neokolonializm və onun nəticələri

Mövzu üzrə digər xəbərlər

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.