8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

3 oktyabr 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun növbəti görüşü keçirilib. Görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İRİA-nın İdarə heyətinin sədri Fərid Osmanov çıxışında Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın ölkənin rəqəmsal gələcəyinin qurulmasında xüsusi rolunu vurğulayıb:

3 Oktyabr 2025 18:25
Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

Bakı, AzerVoice

3 oktyabr 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun növbəti görüşü keçirilib. Görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

AzerVoice xəbər verir ki, tədbiri giriş sözü ilə açan İRİA-nın İdarə heyətinin sədri Fərid Osmanov çıxışında Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın ölkənin rəqəmsal gələcəyinin qurulmasında xüsusi rolunu vurğulayıb:

“Konsepsiyanın uğurlu icrası üçün dövlət qurumlarının koordinasiyalı fəaliyyəti zəruridir. Bizim əsas məqsədimiz dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sistemli şəkildə həyata keçirmək, xidmətlərin keyfiyyətini yüksəltmək və vətəndaşların gündəlik həyatına real fayda gətirməkdir”.

Görüş zamanı İRİA-nın aidiyyəti nümayəndələri tərəfindən “Məlumatların idarəedilməsi strategiyası layihəsi” və “Rəqəmsal hökumət arxitekturası: görüləcək işlər və gözlənilən nəticələr” mövzularında təqdimatlar keçirilib. Çıxışlarda ölkə üzrə vahid məlumat idarəçiliyi çərçivəsinin formalaşdırılması, dövlət qurumları arasında məlumat mübadiləsinin səmərəli təşkili, “Hökumət buludu” və milli data mərkəzlərinin inkişafı, həmçinin informasiya təhlükəsizliyi standartlarının tətbiqi kimi məsələlər ətraflı müzakirə olunub.

Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil edilib, işçi qrupunun üzvləri və iştirakçılar tərəfindən fikir və təkliflər səsləndirilib.

Qeyd edək ki, Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun fəaliyyəti “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrası çərçivəsində vahid koordinasiyanın təşkilinə və rəqəmsal dövlət idarəçiliyinin inkişafına xidmət edir.

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib
Məqalədə: #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA)

Mövzu üzrə digər xəbərlər

İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub
Cəmiyyət

İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

11 Fevral 17:14
Azərbaycanda innovasiya ekosistemi beş əsas strateji istiqamət üzrə formalaşdırılır - İRİA
Cəmiyyət

Azərbaycanda innovasiya ekosistemi beş əsas strateji istiqamət üzrə formalaşdırılır - İRİA

2 Fevral 11:22
“mygov” platformasının istifadəçi sayı 5 milyonu ötüb
Cəmiyyət

“mygov” platformasının istifadəçi sayı 5 milyonu ötüb

2 Fevral 11:14
İRİA mygov platforması adından yayılan saxta məlumatlarla bağlı xəbərdarlıq yayıb
Cəmiyyət

İRİA mygov platforması adından yayılan saxta məlumatlarla bağlı xəbərdarlıq yayıb

15 Yanvar 16:44

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.