7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” adlı forum keçirilib.

11 Fevral 2026 17:14
İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” adlı forum keçirilib.

AzerVoice xəbər verir ki, forumda Türkiyə və Azərbaycanın ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları, eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri iştirak ediblər.

Tədbiri salamlama nitqi ilə açan Azərbaycanın Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumun iki ölkə arasında rəqəmsal əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib: “Azərbaycan və Türkiyə rəqəmsal inkişafa dövlət səviyyəsində strateji yanaşan ölkələrdir. Hər iki ölkə rəqəmsal texnologiyanı iqtisadi artımın, dövlət idarəçiliyində səmərəliliyinin və rəqabətqabiliyyətli biznes mühitinin əsas dayaqlarından biri kimi görür. Bu forum sayəsində şirkət və qurumlar nəticəyönümlü əməkdaşlıq formalaşdıraraq, mövcud potensialı daha da artıra bilərlər”.

Forumun rəsmi hissəsində, həmçinin Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səhiyyətli səfiri Birol Akgün, TÜBİSAD-ın İdarə Heyətinin sədri Mehmet Ali Tombalak, İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev və “Sistem Global Danışmanlık A.Ş”nin İdarə Heyətinin sədri Hüseyin Karslıoğlu Azərbaycan və Türkiyə arasında İKT sahəsində güclənən əməkdaşlığın potensialına dair öz fikirlərini bölüşüblər.

Daha sonra Azərbaycan və Türkiyənin texnoloji və innovativ ekosistemləri haqqında panel müzakirələri baş tutub. Hər iki ölkəni təmsil edən ekspertlər müzakirələr zamanı rəqəmsal transformasiya, “GovTech” texnologiyaları, süni intellekt, “ağıllı şəhərlər”, İKT-də insan kapitalı və digər mövzularda fikir mübadiləsi aparıblar.

Forumun ikinci hissəsində Türkiyə və Azərbaycan şirkətlərinin, eləcə də dövlət qurumlarının iştirakı ilə B2B və B2G görüş sessiyaları baş tutub. Bu sessiyalar çərçivəsində dövlət və özəl sektorda texnoloji həllər və innovativ yanaşmalar üzrə potensial əməkdaşlıq istiqamətləri dəyərləndirilib, investisiya, startaplar və texnoloji şirkətlər üçün maliyyələşmə və inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, İRİA bu forumu dünyanın 10-dan çox ölkəsində (Sinqapur, Almaniya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri və s.) nümayəndəliyi olan və Türkiyənin aparıcı konsaltinq şirkəti sayılan “Sistem Global Danışmanlık A.Ş” ilə birgə həyata keçirib. Forumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında İKT və rəqəmsal transformasiya sahəsində strateji əməkdaşlığın gücləndirilməsi, iki ölkənin texnoloji ekosistemləri, eləcə də biznes subyektləri və dövlət qurumları arasında nəticəyönümlü və davamlı tərəfdaşlığın qurulmasıdır.

Məqalədə: #Türkiyə #Azərbaycan #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #Birol Akgün #İkitərəfli münasibətlərin inkişafı #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) #Samir Məmmədov #TÜBİSAD #Azərbaycan – Türkiyə biznes forumu

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.