5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib

AZHAB Forumu çərçivəsində Bakıda səfərdə olan Malayziyanın “Muslim Insiders” Ticarət Palatasının prezidenti Prof. Adam Richman və palatanın üzvü “KNKV Group” şirkətinin rəhbərliyi MÜSİAD Azərbaycan ofisində görüş keçirib.

9 Oktyabr 2025 10:02
MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib

BAKI,AzerVoice, Fərid Mikayılov

AZHAB Forumu çərçivəsində Bakıda səfərdə olan Malayziyanın “Muslim Insiders” Ticarət Palatasının prezidenti Prof. Adam Richman və palatanın üzvü “KNKV Group” şirkətinin rəhbərliyi MÜSİAD Azərbaycan ofisində görüş keçirib.

AzerVoice xəbər verir ki, görüşdə iki ölkə arasında investisiya imkanlarının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

MÜSİAD Azərbaycan nümayəndələri Prof. Adam Richman və onun rəhbərlik etdiyi nümayəndə heyətinə səmimi ziyarət və göstərdikləri diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu keçirilib. Bu il ikincisi keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub.

Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edir.

AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimində yerli və xarici ölkələrdən olan rəsmilərin çıxışları, sənədlərin imzalanması, panel müzakirələr, sərginin açılışı nəzərdə tutulur. Forumun ilk günündə KOB-ları dəstəkləyən qurumlar arasında tərəfdaşlığın gücləndirilməsinə, İslam maliyyəsi və halal biznesin idarə edilməsinə dair panel müzakirələr təşkil olunacaq. Ümumilikdə forumun keçirildiyi iki gün müddətində dünyanın müxtəlif ölkələrindən olan rəsmi şəxslərin, ekspertlərin, akdemik dairələrin və sahibkarların iştirakı ilə altı panel iclas təşkil ediləcəkdir.

Bu gün həmçinin “AZHAB Forum 2025” çərçivəsində təşkil olunmuş sərginin açılışı olacaq.

2-ci AZHAB Forumu oktyabrın 8-dək davam edəcəkdir.

Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilir.

Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.

MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib MÜSİAD Azərbaycan ilə Malayziya Ticarət Palatası arasında əməkdaşlıq müzakirə edilib
Məqalədə: #Bakı #MÜSİAD Azərbaycan #MÜSİAD #İslam Əməkdaşlıq Təşkilatı #İqtisadiyyat Nazirliyi #Rəşad Cabirli #Malayziya #KOBİA #AZHAB Forum 2025 #Prof. Adam Richman #Muslim Insiders #KNKV Group

Mövzu üzrə digər xəbərlər

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
“Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb
Cəmiyyət

“Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

2 Sentyabr 10:29
Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN
Siyasət

Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

28 Avqust 10:49
İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib
Digər Xəbərlər

İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

27 Avqust 17:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.