7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Misir-Azərbaycan Dostluq Cəmiyyəti xalqlar arasında mədəni və humanitar körpüdür və bu sahədə ən fəal təşkilatlardan biridir. Cəmiyyətimizdə bəlağət, ərəb dili, Azərbaycan dili, Qurani-Kərim qiraətləri, eləcə də müxtəlif peşələr pulsuz öyrədilir. Bu kursları uğurla başa vuranlara diplomlar verilir. Bunu Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi tədqiqatçı-alim Seymur Nəsirov Birləşmiş Ərəb Əmirliklərinin “Nabd əl-İmarat” qəzetinə müsahibəsində deyib.

17 Oktyabr 2025 15:21
Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

BAKI, AzerVoice, Nailə Babazadə

Misir-Azərbaycan Dostluq Cəmiyyəti xalqlar arasında mədəni və humanitar körpüdür və bu sahədə ən fəal təşkilatlardan biridir. Cəmiyyətimizdə bəlağət, ərəb dili, Azərbaycan dili, Qurani-Kərim qiraətləri, eləcə də müxtəlif peşələr pulsuz öyrədilir. Bu kursları uğurla başa vuranlara diplomlar verilir.

AzerVoice xəbər verir ki, bunu Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi tədqiqatçı-alim Seymur Nəsirov Birləşmiş Ərəb Əmirliklərinin “Nabd əl-İmarat” qəzetinə müsahibəsində deyib.

Diaspora sədri müsahibəsində, həmçinin cəmiyyətin fəaliyyət istiqamətləri və hədəfləri barədə danışıb. Qeyd edib ki, cəmiyyət xalqlar arasında dostluq, mədəniyyət və iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verir, konfranslar, seminarlar və elmi mühazirələr təşkil edir. Bundan başqa elmi kitabxanaların və araşdırma mərkəzlərinin yaradılmasına, dövri elmi, mədəni jurnalların nəşrinə, az təminatlı tələbələrə və ailələrə maddi yardımların verilməsinə, onların yataqxana ilə təmininə, peşəyönümlü layihələrin yaradılmasına və dəstəklənməsinə yardım edir.

S.Nəsirov tədris prosesi 23 il bundan qabaq az sayda tələbə ilə başlansa da, onun rəhbərliyi altında indi təhsil alanların sayı çoxalıb. Hazırda cəmiyyətdə oxuyanlar arasında dünyanın müxtəlif ölkələrindən gələn gənclər də çoxdur.

“Cəmiyyətdə az təminatlı ailələrin övladlarına müxtəlif peşələr, o cümlədən xalça toxunmasını öyrədirik. Bu da həmin ailələrin gəlirlərinin artmasına yardım edir”, - deyə S.Nəsirov vurğulayıb.

Müsahibədə qeyd olunub ki, S.Nəsirov bu yaxınlarda Misir Prezidenti Əbdülfəttah əl-Sisi tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif olunub. Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim edilən bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir.

Müsahibəni tanınmış jurnalist-yazar Şirin Fərid götürmüşdür.

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub
Məqalədə: #BƏƏ #Misir #Misir-Azərbaycan Dostluq Cəmiyyəti #Seymur Nəsirov

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

17:00
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
ArabCars

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb

16:09
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
BƏƏ

Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib

14:46
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir

14:22

Son Xəbərlər

Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.