13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib

Tədbir çərçivəsində keçirilən panel sessiyasında birbaşa xarici investisiyaların cəlb edilməsində Agentliyin funksiyası və əlaqələndirici kimi rolu, Azərbaycanın investisiya və biznes mühitinin üstünlükləri barədə məlumat verilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində “Dünyamızın transformasiyası: Möhkəm və davamlı gələcəyə sərmayə qoymaq” mövzusunda keçirilən 29-cu Ümumdünya İnvestisiya Konfransı (World Investment Conference) və 8-ci Şarja İnvestisiya Forumunda (Sharjah Investment Forum) təmsil olunub.

3 Noyabr 2025 11:23
AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib

BAKI,AzerVoice

Tədbir çərçivəsində keçirilən panel sessiyasında birbaşa xarici investisiyaların cəlb edilməsində Agentliyin funksiyası və əlaqələndirici kimi rolu, Azərbaycanın investisiya və biznes mühitinin üstünlükləri barədə məlumat verilib.

AzerVoice xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində “Dünyamızın transformasiyası: Möhkəm və davamlı gələcəyə sərmayə qoymaq” mövzusunda keçirilən 29-cu Ümumdünya İnvestisiya Konfransı (World Investment Conference) və 8-ci Şarja İnvestisiya Forumunda (Sharjah Investment Forum) təmsil olunub.

Tədbir İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) yaradılmasının 30-cu ildönümünü və "Firavanlıq üçün İnvestisiya Onilliyi" təşəbbüsünün rəsmi başlanğıcını qeyd edərək bir çox ölkələrdən dövlət rəsmiləri, investisiya təşviqi agentliklərinin nümayəndələri, özəl sektor təmsilçiləri və investisiya mütəxəssislərini bir araya gətirib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev tədbir çərçivəsində keçirilən panel sessiyasında çıxış edib. Sessiya zamanı Azərbaycan nümunəsində AZPROMO-nun investisiyaların təşviqi qurumu kimi xarici sərmayələrin cəlb edilməsində funksiyası, investorlara münasibətdə şəffaf, əlaqələndirici və etibarlı vasitəçi kimi rolu, eləcə də ölkəmizin investisiya mühitinin üstünlükləri barədə məlumat verilib.

Sessiyada həmçinin digər iştirakçılar tərəfindən birbaşa xarici investisiyaların təşviqində siyasət və icra mexanizmlərinin uzlaşdırılması, investor etimadının formalaşdırılması yolları, texnologiya və süni intellektin investisiya proseslərinə təsiri, eləcə də gələcəkdə rəqabət üstünlüyü qazandıracaq amillər barədə fikirlər səsləndirilib.

Qeyd edək ki, AZPROMO 2010-cu ildən WAIPA-nın üzvüdür.

AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib
Məqalədə: #Azərbaycan #BƏƏ #AZPROMO #Yusif Abdullayev #BƏƏ şirkətləri #İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO

Mövzu üzrə digər xəbərlər

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46

Son Xəbərlər

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.