6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı dayandırılıb - XRİTDX

Proxima kimi böyük potensiala malik olan şirkətlər qarşılarına qoyacaqları məqsədlərdən biri də məhz yerli məhsulların yaradılması ilə rəqəmsal süverenliyimizə dəstək olmasıdır. Bu fikirləri bu gün “Kibertəhlükəsizlik Günü” tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov deyib.

20 Noyabr 2025 11:31
Son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı dayandırılıb - XRİTDX

BAKI,AzerVoice

Proxima kimi böyük potensiala malik olan şirkətlər qarşılarına qoyacaqları məqsədlərdən biri də məhz yerli məhsulların yaradılması ilə rəqəmsal süverenliyimizə dəstək olmasıdır.

AzerVoice xəbər verir ki, bu fikirləri bu gün “Kibertəhlükəsizlik Günü” tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov deyib.

O, qeyd edib ki, bu həmdə ölkə Prezidentinin İnformasiya Təhlükəsizliyi ilə bağlı imzaladığı Strategiya ilə də qarşımıza qoyduğu əsas tapşırıqlardan biridir.

“Yerli məhsulların yaradılması və rəqəmsal süverenliyin vacibliyini 2 gün öncəki insidentdən də hiss eledik. 9000-dən çox ölkə saytının fəaliyyətinin dayanmasına bir “Cloudflare” məsələsi kimi baxmaq yalnış olardı. Bu xüsusən də özəl sektorun xaricdən asılılığına bariz nümunə idi”.

T.Məmmədov bildirib ki, fəaliyyəti dayanan resursların içində media resurslarının da xüsusi çəkisinin olması bizi informasiya müharibəsinə hazırlıq səviyyəmizi də diqqətdə saxlamalı olduğumuza bir işarədir.

“Aydındır ki, lokal mühafizə həlləri ucuz başa gəlmir. Lakin dövlətimizin apardığı uğurlu siyasətin davamı olaraq bizim də həyata keçirdiyimiz informasiya təhlükəsizliyi siyasətində lokal həllərə üstünlük vermək və mühafizəni maksimal şəkildə lokal təmin etmək bizim prioritet istiqamətlərimizdəndir”.

O qeyd edib ki, son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı tərəfimizdən dayandırılıb və mühafizəsi AzStateNet üzərindən təmin edilib.

“Ümumilikdə isə son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatı AzstateNet üzərinə keçirilərək lokal mühafizəsi təmin olunub. Həyata keçirdiyimiz sözügedən mühafizə siyasəti sadəcə internet informasiya ehtiyatları ilə bağlı deyil, bu yanaşma eyni zamanda xüsusi dövlət rabitəsində də şamil olunur. Belə ki, bugün qlobal internetə çıxışda ölkəmizdə problem yaşamış olsa əgər bütün dövlət informasiya ehtiyatları lokal olaraq fəaliyyətlərini davam etdirəcək”.

T.Məmmədov deyib ki, bütün güc strukturlarını və kritik infrastrukturları təmin etdiyimiz xüsusi radiorabitə vasitələrimiz heç bir mobil şəbəkədən asılı olmadan tam funksional bütün ölkə ərazində fəaliyyət göstərməkdədir.

“Bununla yanaşı dövlət qurumlarına verdiyimiz TİMS tətbiqi də “Whatsapp” kimi aplikasiyalara alternativ kimi dövlət qurumlarında aktiv istifadə olunmaqda və xarici asılılığı minimuma endirməkdədir. Təbii ki, sadaladıqlarım həm görülən işlərin bir qismi, həm də hələdə görülməsi lazım olacaq işlərin çox az bir hissəsidir. Buradan bir daha bildirmək istəyirəm ki, yerli şirkətlərin inkişafı sadəcə onlara təsir etmir, bu həm ekosistemin inkişafına təkan verir, eləcə də bizim də dövlət qurumlarının təhlükəsizliyi üçün atacağımız bütün addımlara dolayı yolla böyük təsir göstərir”,- deyə Tural Məmmədov əlavə edib.

Məqalədə: #XRİTDX #rəqəmsal suverenlik #kibertəhlükəsizlik strategiyası #Proxima yerli texnologiya şirkəti #kiberhücumlara qarşı müdafiə mexanizmləri #Tural Məmmədov

Mövzu üzrə digər xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

13:56
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

11:00

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.