7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Milli Məclis DSMF-nin 2026-cı il büdcəsini birinci oxunuşda təsdiqlədi

"Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Məlumat üçün bildirək ki, dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait "Sosial sığorta haqqında" Qanuna uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldiləcək.

20 Noyabr 2025 17:41
Milli Məclis DSMF-nin 2026-cı il büdcəsini birinci oxunuşda təsdiqlədi

BAKI, AzerVoice

"Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

AzerVoice-in məlumatına görə, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait "Sosial sığorta haqqında" Qanuna uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldiləcək.

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil olmadıqda dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılacaq, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılacaq.

Fondun xərclərinin maliyyələşmə mənbəyi

Fondun 2026-cı il büdcəsinin ümumi gəlirləri 8323,10 mln. manat proqnozlaşdırılır ki, bu da 2025- ci ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 705,70 mln. manat və ya 9,26 faiz çoxdur.

Fondun 2026-cı il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin 6591,10 mln. manat və ya fondun ümumi gəlirlərinin 79,19 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiqlənmiş müvafiq proqnoz məbləği göstəricisi ilə müqayisədə 593,70 mln. manat və ya 9,90 faiz çoxdur.

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 2109,12 mln. manatı və ya 32,0 faizi büdcədən maliyyələşən təşkilatların, 4481,98 mln. manatı və ya 68,0 faizi qeyri-büdcə sektorunun payına düşür ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən istiqamətlər üzrə müvafiq olaraq 73,36 mln. manat və ya 3,60 faiz və 520,34 mln. manat və ya 13,13 faiz çoxdur.

Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (işçilərlə bağlı ödənişlər nəzərə alınmadan fərdi sahibkarların özləri üçün ödənilən) məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2026-cı ildə minimum əməkhaqqının 400,0 manat həddində 103,5 mln. manat proqnozlaşdırılır. Məcburi dövlət sosial sığorta haqlarının proqnoz göstəricilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan əsas makroiqtisadi göstəricilərdən olan orta aylıq əməkhaqqı göstəriciləri İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumatlarda 2025-ci il üzrə 1101,6 manat, 2026-cı il üzrə isə 1170,8 manat göstərilir.

2026-cı ildə dövlət öhdəliklərinin ümumi məbləği 3613,68 mln. manat təşkil etsə də, 2026-cı ildə dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait məbləği 1700,00 mln. manat nəzərdə tutulur. Bu məbləğ ümumi dövlət öhdəliyinin 47,04 faizini təşkil etməklə 2025-ci ilin təsdiq olunmuş proqnozundan cəmi 100,00 mln. manat və ya 6,25 faiz çoxdur.

2026-cı ildə hesablanmış faizlər, maliyyə sanksiyaları və s. üzrə daxilolmaların 32,0 mln. manat məbləğində olması ehtimal edilir ki, bu da əvvəlki ilin gözlənilən göstəricisinə nisbətən 2,0 mln. manat və ya 6,67 faiz çoxdur.

Fondun xərcləri

Fondun 2026-cı il üçün xərcləri 8483,07 mln. manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 806,65 mln. manat və ya 10,51 faiz çoxdur.

Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya fondun ümumi xərclərinin 96,62 faizi səviyyəsində proqnozlaşdırılır.

Növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7992,88 mln. manatı əmək pensiyalarının, 203,57 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuş proqnozu 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 787,51 mln. manat və ya 10,63 faiz çoxdur. 2026-cı il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,52 faizini təşkil edir.

2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnoz göstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,85 faiz və ya 782,35 mln. manat çox nəzərdə tutulur. Əmək pensiyalarının proqnozunun hesablanması zamanı 2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin 602,0 mln. manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq 2026-cı ildə pensiya xərclərinin 7992,88 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635,59 mln. manatadək olması gözlənilir. Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72,0 mln. manat ətrafında gözlənilir.

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 203,57 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş proqnozunu 2,60 faiz və ya 5,16 mln. manat üstələyib.

Məqalədə: #Milli Məclis #büdcə kəsiri #Azərbaycanın dövlət büdcəsi #Dövlət büdcəsi

Mövzu üzrə digər xəbərlər

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib
Küveyt

Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

1 Sentyabr 22:12
Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb
Digər Dövlətlər

Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb

28 Avqust 19:19

Son Xəbərlər

Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
6 Sentyabr 20:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.