7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan və Çin ekspertlərinin iştirakı ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzinin açılış mərasimi çərçivəsində “İnnovasiya ekosistemində imkanlar və çağırışlar” mövzusunda panel diskussiyası baş tutub. Paneldə BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq, Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq və BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Elvin Hacıyev çıxış ediblər.

26 Noyabr 2025 10:46
Azərbaycan və Çin ekspertlərinin iştirakı ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

BAKI,AzerVoice

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzinin açılış mərasimi çərçivəsində “İnnovasiya ekosistemində imkanlar və çağırışlar” mövzusunda panel diskussiyası baş tutub.

AzerVoice xəbər verir ki, paneldə BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq, Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq və BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Elvin Hacıyev çıxış ediblər.

Çıxışı zamanı Elvin Hacıyev Azərbaycan İnnovasiya Mərkəzinin yerli ekosistemin inkişafına verdiyi əhəmiyyətli töhfələri diqqət çəkib: “Mərkəz bir il ərzində mövcud olmasına baxmayaraq, innovasiya ekosistemini bir çətir altında birləşdirə bilib. Burada 200-dən çox proqram reallaşdırılıb. BTİ akselerasiya mərkəzi şəbəkəsinə qoşulmaqla bu fəaliyyətimizi daha da genişləndirəcək, regional və qlobal səviyyədə mövqeyimizi gücləndirəcəyik”.

O, həmçinin bildirib ki, Bakıdan əlavə innovasiya mərkəzləri ölkənin regionlarında da təsis edilib. Belə ki, ötən il “Sumgait Innovation Hub” və bu il Naxçıvan İnnovasiya Mərkəzinin əsası qoyulub. Mərkəzlərdə innovatorların fəaliyyəti üçün hər cür şərait yaradılıb, elmi və prototipləşdirmə laboratoriyaları istifadəyə verilib, aparıcı ekspertlərin mentorluğu ilə təlim və vörkşoplar keçirilib.

Çini təmsil edən ekspertlər öz ölkələrinin spesifik iqtisadi modeli ilə uyğunluq təşkil edən innovasiya ekosisteminin xüsusiyyətlərindən bəhs ediblər. BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq akselerasiya mərkəzlərinin “rəqəmsal uçurum”un azaldılmasında və inklüziv ekosistemin formalaşmasında oynadığı rolu vurğulayıb.

BTİ-nin Çindəki Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq isə qeyd edib ki, təmsil etdiyi Mərkəz BRICS ölkələrində rəqəmsal transformasiya, innovasiya və sahibkarlıq təşəbbüslərinə fokuslanır. Çıxışı zamanı o bildirib ki, süni intellekt və robot texnologiyalarının sənaye və cəmiyyət üçün yaratdığı böyük imkanların fonunda uyğun kadr potensialı və maliyyələşmə kimi çağırışların da aktuallığı artmaqdadır.

Azərbaycan və Çin ekspertlərinin iştirakı ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib Azərbaycan və Çin ekspertlərinin iştirakı ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib Azərbaycan və Çin ekspertlərinin iştirakı ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib
Məqalədə: #Azərbaycan #Bakı #Beynəlxalq Telekommunikasiya İttifaqı #BTİ Regional Akselerasiya Mərkəzi #innovasiya ekosistemi paneli #Bakı innovasiya mərkəzi

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.