Azərbaycan və Çin ekspertlərinin iştirakı ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzinin açılış mərasimi çərçivəsində “İnnovasiya ekosistemində imkanlar və çağırışlar” mövzusunda panel diskussiyası baş tutub. Paneldə BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq, Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq və BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Elvin Hacıyev çıxış ediblər.