10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində 2025–2026-cı illər üçün bədii kollektivlərin regionlara ilk qastrol səfərləri başlayır

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə və böyük bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində, nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərlərinin təşkili 2025-ci və 2026-cı illər üçün nəzərdə tutulub.

29 Noyabr 2025 16:49
Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində 2025–2026-cı illər üçün bədii kollektivlərin regionlara ilk qastrol səfərləri başlayır

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə və böyük bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində, nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərlərinin təşkili 2025-ci və 2026-cı illər üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin – xüsusilə gənclərin – asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.

TurkicWorld xəbər verir ki, qastrol proqramı çərçivəsində 2025-ci ildə R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin 1 dekabrda Sumqayıt şəhəri “Kimyaçı” Mədəniyyət Sarayında, 27 dekabrda isə Şamaxı rayon Mədəniyyət Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin solistləri — xanəndə və instrumental ifaçılarının 3 dekabrda Bərdə rayon Mədəniyyət Mərkəzində, Əməkdar Kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 6 dekabrda Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində, Cahangir Cahangirov adına Xor kollektivinin isə 26 dekabrda Quba rayon Mədəniyyət Mərkəzində çıxışları baş tutacaq. 2026-cı ildə isə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin 23 yanvarda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxışı nəzərdə tutulur.

Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində ilk dəfə reallaşdırılan bu qastrol proqramı regionlarda mədəni mühitin daha da zənginləşməsinə, incəsənətə olan marağın artırılmasına və yaradıcı mübadilənin genişlənməsinə mühüm töhfə verəcək.

Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində 2025–2026-cı illər üçün bədii kollektivlərin regionlara ilk qastrol səfərləri başlayır
Məqalədə: #Azərbaycan #Mədəniyyət Nazirliyi #Quba #Sumqayıt #Xaçmaz #Bərdə #Üzeyir Hacıbəyli #Beynəlxalq Muğam Mərkəzi #R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

9 Sentyabr 10:35

Son Xəbərlər

Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.