7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Nazir işsizlərin icbari tibbi sığortaya cəlb edilməsinə aydınlıq gətirib

Biz deyirik ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Nəyəsə görə, bu, tam əks formada başa düşülür ki, işsizlər sığortalanmayacaq. Əksinə, ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaq.

2 Dekabr 2025 15:58
Nazir işsizlərin icbari tibbi sığortaya cəlb edilməsinə aydınlıq gətirib

BAKI,AzerVoice

Biz deyirik ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Nəyəsə görə, bu, tam əks formada başa düşülür ki, işsizlər sığortalanmayacaq. Əksinə, ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaq.

AzerVoice xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub:

“Bu, təqribən 3–7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək qabiliyyəti ilə çalışır. Onların da sığortası, əmək qabiliyyətli şəxslərin uyğun olaraq, işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır”.

"Kim kənara qalır? Yalnız işləyən, gəliri olan, bu gəlirini gizlədən, qeyri-formal məşğul olan şəxslər. Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilmiş bir fəaliyyətdir. Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək", - deyə nazir bildirib.

Sahil Babayevin sözlərinə görə, xüsusi qaydalar olacaq və qeyri-formal məşğul olan şəxslərin müəyyən edilmə meyarları elektron şəkildə aparılacaq.

"Fərdiləşmiş məlumat əsasında, təqdim olunan şəxsin vəziyyətinə uyğun olaraq müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür. O kateqoriyaya düşməyən insanların da gəlirinin mənbəyi soruşulacaq və onlar da sığortadan kənar qalmayacaq.

Əksinə, onlar üçün də imkan yaradılır ki, bir də əlavə sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəşli və müsbət bir addımdır. Bugün qeyri-qanuni şəkildə fəaliyyət göstərən insanlardan savayı hər kəsi tam şəkildə əhatə edir.

Ona görə də məsələnin “işsizlərdən aylıq sığorta vəsaiti alınacaq, işsizləri sığorta hüququndan məhrum edəcəklər” kimi şərh edilməsini anlamadıq və bunu qanun layihəsini tanımayan insanlar tərəfindən ortaya atılmış dezinformasiya hesab edirik", - deyə maliyyə naziri bildirib.

Məqalədə: #Milli Məclis #Sahil Babayev #Maliyyə Nazirliyi #Dövlət büdcəsi #sosial sığorta #icbari tibbi sığorta #işsizlərin sığortalanması #pensiyaçılar üçün sığorta #əlilliyi olan şəxslər #əmək qabiliyyətsiz şəxslər #2026-cı il dövlət büdcəsi

Mövzu üzrə digər xəbərlər

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib
Küveyt

Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

1 Sentyabr 22:12
Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb
Digər Dövlətlər

Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb

28 Avqust 19:19

Son Xəbərlər

Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
6 Sentyabr 20:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.