8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda konfrans keçirilib

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bildirib ki, milli-mənəvi kimlik hər bir xalqın əsas dayaqlarından biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə birliyini və milli kimliyimizin gücünü bir daha təsdiqləyib. İnformasiya axınının sürətləndiyi müasir dövrdə dilimizə, dinimizə, mədəniyyətimizə, milli kimliyimizə qarşı yaranan təhdidlər barədə də danışan O.Mürsəlov vurğulayıb ki, bu reallıq milli dəyərlərin qorunmasının yalnız mənəvi deyil, həm də təhlükəsizlik məsələsi olduğunu deməyə əsas verir. İstənilən dövlətdə xalqın milli kimlik anlayışının zəifləməsi onun daxili və xarici təsirlərə qarşı həssaslığını sual altına qoyur. Buna görə də hər birimiz milli kimliyimizin möhkəmləndirilməsi üçün səylərimizi birləşdirməliyik. İcra başçısı çıxışının sonunda tədbirin əhəmiyyətini vurğulayaraq, əldə olunacaq nəticələrin gələcək fəaliyyət üçün mühüm töhfələr verəcəyinə və milli kimliyimizin qorunması istiqamətində daha sistemli addımların atılmasına şərait yaradacağına əminliyini ifadə edib

3 Dekabr 2025 14:36
Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda konfrans keçirilib

BAKI,AzerVoice

Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans öz işinə başlayıb.

AzerVoice xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bildirib ki, milli-mənəvi kimlik hər bir xalqın əsas dayaqlarından biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə birliyini və milli kimliyimizin gücünü bir daha təsdiqləyib. İnformasiya axınının sürətləndiyi müasir dövrdə dilimizə, dinimizə, mədəniyyətimizə, milli kimliyimizə qarşı yaranan təhdidlər barədə də danışan O.Mürsəlov vurğulayıb ki, bu reallıq milli dəyərlərin qorunmasının yalnız mənəvi deyil, həm də təhlükəsizlik məsələsi olduğunu deməyə əsas verir. İstənilən dövlətdə xalqın milli kimlik anlayışının zəifləməsi onun daxili və xarici təsirlərə qarşı həssaslığını sual altına qoyur. Buna görə də hər birimiz milli kimliyimizin möhkəmləndirilməsi üçün səylərimizi birləşdirməliyik. İcra başçısı çıxışının sonunda tədbirin əhəmiyyətini vurğulayaraq, əldə olunacaq nəticələrin gələcək fəaliyyət üçün mühüm töhfələr verəcəyinə və milli kimliyimizin qorunması istiqamətində daha sistemli addımların atılmasına şərait yaradacağına əminliyini ifadə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin xalqımızın mənəvi və mədəni dəyərlərinə əsaslanaraq irəli sürdüyü azərbaycançılıq ideologiyasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, müasir dövrdə bu ideoloji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin sağlam mənəviyyatla formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar, sosial və mədəni təşəbbüslərlə milli kimliyimizin qorunmasına mühüm töhfələr verir. Komitə sədri qloballaşmanın inteqrasiya, inkişaf üçün yaratdığı imkanlarla yanaşı, milli dəyərlərin aşınması və yad ideologiyaların sürətlə yayılması kimi ciddi təhdidlərə səbəb olması barədə də danışıb. Vurğulayıb ki, müasir informasiya mühitində dini və milli kimliklə bağlı ayrı-seçkilik yaratmaq cəhdlərinə də rast gəlinir. Təlim-tərbiyə sistemində gənclərin mənəvi dəyərlər əsasında formalaşması, rəqəmsal platformalarda maarifləndirici fəaliyyətin genişləndirilməsi və sosial statusundan asılı olmayaraq, hər birimizin milli-mənəvi irsimizə sahib çıxması vacibdir. Azərbaycanın multikulturalizm və tolerantlıq modeli məhz bu kontekstdə xüsusi rol oynayır. Bu model birgəyaşayış üçün nümunə olmaqla bərabər, milli birliyin, sosial harmoniyanın və dövlətçiliyin gücləndirilməsinə xidmət edən mexanizmdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı Sabir Hacıyev bildirib ki, 30 ilə yaxın müddət ərzində ərazilərimizin 20 faizi işğal altında idi. Lakin 5 il öncə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimizin rəhbərliyi ilə rəşadətli ordumuzun, şəhid və qazilərimizin fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad edilib. Nəticədə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Azad olunmuş ərazilərimizdə bərpa olunan dini ibadət yerləri Azərbaycanın güclü dövlət olmasının bariz göstəricisidir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev qeyd edib ki, milli düşüncəyə sahib olan cəmiyyətin yüksəlişi üçün mənəviyyatın zənginləşdirilməsi vacibdir. Bunun üçün savad və bilik əsas şərtlərdəndir və din xadimləri bu məsələyə xüsusi diqqət göstərməlidirlər. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən məscidlərdə icra edilən “Hər məsciddə kitabxana” layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, məscidlərin maarifləndirici funksiyasının gücləndirilməsi, milli-mənəvi və dini dəyərlərin təbliği, xüsusilə, gənclərin mütaliəyə təşviq olunması son dərəcə vacibdir. Məscidlərdə kitabxanaların yaradılması isə bu məkanların sosial və mədəni rolunu genişləndirərək, onları yalnız ibadət yeri deyil, həm də elm, bilik və maarifləndirmə mərkəzi kimi inkişaf etdirir.

Regional konfrans işini panel iclasları ilə davam etdirir.

Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda konfrans keçirilib Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda konfrans keçirilib
Məqalədə: #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov #Dini icmalar #milli dəyərlər #mənəvi irs #dini-mənəvi dəyərlərin qorunması #mənəviyyatın gücləndirilməsi #sosial harmoniyanın qorunması #dövlətçilik ideyası

Mövzu üzrə digər xəbərlər

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
Cəmiyyət

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

27 Avqust 18:37
Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib
Cəmiyyət

Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

3 Avqust 18:32
Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib
Cəmiyyət

Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

20 İyul 18:04
Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Cəmiyyət

Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

9 İyul 16:39

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.