7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində “Fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, dağıntılar altında qalanların axtarışı və qəza-xilasetmə işlərinin aparılması zamanı qüvvə və vasitələrin idarə edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

7 Dekabr 2025 12:59
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

BAKI, AzerVoice

Fövqəladə Hallar Nazirliyi (FHN) Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində “Fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, dağıntılar altında qalanların axtarışı və qəza-xilasetmə işlərinin aparılması zamanı qüvvə və vasitələrin idarə edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Nazirlikdən AzerVoice-a bildirilib ki, təlimin keçirilməsində məqsəd Qoruğun ərazisində yaşayan əhalinin və fəaliyyət göstərən obyektlərin əməkdaşlarının üzləşə biləcəyi fövqəladə hallarla bağlı məlumatlandırılması, fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və bu istiqamətdə mövcud planların reallığının yoxlanılması, habelə müvafiq maarifləndirmə işinin aparılması olub.

Tədbirə FHN və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyəti və 6 xüsusi texnikası cəlb edilib.

Təlim praktiki və nəzəri hissədən ibarət olub. Nəzəri hissədə FHN əməkdaşları tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına fövqəladə hallar və bunlarla bağlı davranış qaydaları, o cümlədən təxliyənin təşkili məsələləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb. Praktiki hissədə Qoruğun ərazisində baş vermiş şərti yanğınla müşayiət olunan “partlayış”la əlaqədar yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hadisəyə çevik reaksiyası, habelə kəşfiyyat, axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub. Şərti yanğın nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, “hadisə” baş vermiş binada “köməksiz vəziyyətdə qalmış” şəxslər xilasedicilər tərəfindən “xilas edilərək ilk yardım göstərildikdən” sonra aidiyyəti üzrə təhvil verilib.

Daha sonra təlim çərçivəsində əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib
Məqalədə: #FHN #İçərişəhər

Mövzu üzrə digər xəbərlər

WUF13 çərçivəsində “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiya keçirilib
Cəmiyyət

WUF13 çərçivəsində “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiya keçirilib

19 May 21:07
İçərişəhərdə qala divarının qismən dağılmasının səbəbi açıqlanıb
Gündəm

İçərişəhərdə qala divarının qismən dağılmasının səbəbi açıqlanıb

10 Aprel 12:54
"İçərişəhər"də qala divarında nə baş verib
Gündəm

"İçərişəhər"də qala divarında nə baş verib

9 Aprel 10:31
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub
Siyasət

Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub

17 Mart 23:02

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.