11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Yaradıcı Mərkəz IDDA Awards 2025-də “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb

Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi – Yaradıcı Mərkəz rəqəmsal inkişaf və innovasiya sahəsində ölkənin nüfuzlu mükafatlarından biri olan IDDA Awards müsabiqəsində “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb.

18 Dekabr 2025 10:12
Yaradıcı Mərkəz IDDA Awards 2025-də “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb


BAKI, AzerVoice

Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi – Yaradıcı Mərkəz rəqəmsal inkişaf və innovasiya sahəsində ölkənin nüfuzlu mükafatlarından biri olan IDDA Awards müsabiqəsində “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb.

AzerVoice xəbər verir ki, innovasiya liderlərinin müsabiqəsi hesab olunan "IDDA Awards" İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilən və innovasiyalar sahəsində həyata keçirilən mükafatandırma mərasimidir.

Bu mükafat Yaradıcı Mərkəzin mədəni və yaradıcı sənayelər ekosisteminin formalaşdırılması, gənc istedadların dəstəklənməsi, startap mühitinin gücləndirilməsi və yaradıcı sahələrdə innovativ yanaşmaların tətbiqi istiqamətində gördüyü sistemli və davamlı fəaliyyətinə görə təqdim olunub.

IDDA Awards çərçivəsində əldə olunan bu mükafat Yaradıcı Mərkəzin yalnız layihə icraçısı deyil, eyni zamanda mədəni və yaradıcı sənayelər üzrə ekosistemi formalaşdıran aparıcı oyunçu kimi rolunu bir daha təsdiqləyir.

Yaradıcı Mərkəz gənc istedadların bilik və bacarıqlarının inkişaf etdirilməsi, startapların formalaşması və böyüməsi, yerli yaradıcı məhsul və xidmətlərin istehsalı və ixrac potensialının artırılması, eləcə də regionlardan olan gənclərin yaradıcı sahələrə cəlb edilməsi istiqamətində fəaliyyət göstərir. Mərkəzin açılışı 2024-cü ilin dekabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə baş tutub.

Bu günə qədər Yaradıcı Mərkəzdə təşkil olunan 9 binzes inkubasiya proqramı çərçivəsində 52 startap formalaşıb. Bu startaplardan 4-ü (BYQR, Wondvoy, NUS Gallery, Kinobox) KOBİAdan “Startap şəhadənnaməsi, 2 startap isə (Wondvoy, NUS Gallery) qrant əldə edib.

Yaradıcı Mərkəzin nəzdində fəaliyyət göstərən YaradıcıEdu təhsil platforması çərçivəsində Süni İntellekt, media, dramaturgiya, dizayn, animasiya, prodüserlik, oyun dizaynı və mühəndisliyi, moda, keramika və digər sahələr üzrə təlim və ustad dərsləri təşkil olunur. 700-dən çox gənc bu proqramlardan yararlanaraq sertifikat əldə ediblər və öyrəndiklərini yeni iş yerlərində tətbiq edirlər.

Paytaxt və regionlarda mədəniyyət və yaradıcı sənayelərə dair maarifləndirici müzakirə platforması – “Yaradıcı müzakirələr” 8 000 dən yaradıcı şəxsi əhatə edib.

Yaradıcı Mərkəz həmçinin gənclər üçün tam funksional yaradıcı infrastruktur təqdim edir. Səs yazma, Foto və video, Animasiya, rəqs studiyaları, eləcə də kovorkinq zonaları rezidentlərin ixtiyarındadır.

Yaradıcı Mərkəzin layihələri gənclər üçün real iş və əməkdaşlıq imkanları yaradan yaradıcı platforma rolunu oynayır.

Yaradıcı Mərkəz IDDA Awards 2025-də “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb Yaradıcı Mərkəz IDDA Awards 2025-də “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva #KOBİA #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) #Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) #IDDA Awards

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.