11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir "ASAN xidmət" və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib.

18 Dekabr 2025 22:15
Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

BAKI, AzerVoice

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib.

AzerVoice xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir "ASAN xidmət" və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “ASAN Məktub” ağacındakı məktublardan birini öhdəliyə götürüb.

Səyyar ASAN xidmət avtobusu ilə tanışlıq çərçivəsində diqqətə çatdırılıb ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir.

"Bilim Bakı" mərkəzinin fəaliyyəti də maraqla qarşılanıb. Qeyd olunub ki, mərkəzin fəaliyyəti 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönəlib. Əsas məqsəd şagirdlər arasında həmin sahələrə marağı artırmaq, müasir tələblərə cavab verən bilik və bacarıqları aşılamaqdır.

Tədbirin rəsmi hissəsi "ASAN Məktub" sosial proqramının 10 illik fəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb. Məlumat üçün bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı 3–14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq, onlara sevinc, diqqət və qayğı bəxş etmək məqsədilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bu günədək 56 region üzrə ümumilikdə 10 512 məktuba uyğun arzular gerçəkləşdirilib.

Qonaqlara "Bir qəlbi də sən isit" layihəsi haqqında da məlumat verilib. Layihə çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirildiyi vurğulanıb. İndiyədək ölkənin müxtəlif bölgələrində 2 500-dən çox uşağın arzusunun reallaşdırıldığı diqqətə çatdırılıb.

Sonra "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramı çərçivəsində musiqi ifa edilib, rəqs nümunəsi nümayiş olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "ASAN məktub", "Yaşıl ASAN" və "ABAD" stendlərinə də baş çəkib.

Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağacəkmə aksiyası ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən və Sosial Xidmət Mərkəzlərindən olan uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.

Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Məqalədə: #ASAN xidmət #Heydər Əliyev Fondu #Leyla Əliyeva #IDEA İctimai Birliyi #ASAN Könüllüləri #Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi #ASAN Məktub sosial proqramının 10 illiyi #Bilim Bakı #ASAN Məktub ağacı

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

10 Sentyabr 17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00

Son Xəbərlər

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.