6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

20 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda İcmanın İdarə Heyətinin, şuralarının sədrləri və üzvləri, Qərbi Azərbaycan üzrə icma sədrləri və İcmanın ölkə üzrə nümayəndələri iştirak ediblər.

20 Dekabr 2025 14:12
Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

BAKI, AzerVoice

20 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda İcmanın İdarə Heyətinin, şuralarının sədrləri və üzvləri, Qərbi Azərbaycan üzrə icma sədrləri və İcmanın ölkə üzrə nümayəndələri iştirak ediblər.

Ümumi Yığıncaqda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi protokola daxil edilən Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. Administrasiya rəsmisi 2022-ci il 24 dekabr tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında Qərbi Azərbaycan əsilli ziyalıların bir qrupu ilə görüşünün tarixi hadisə olduğunu və bu görüşün Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq inamını daha da möhkəmləndirdiyini bildirib. Prezident İlham Əliyevin cari ildə müxtəlif platformalarda 9 dəfə Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırmasını, eləcə də noyabr ayında AMEA-nın 80 illik yubileyi çərçivəsində ziyalılar qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlərin Qərbi Azərbaycan məsələsi ilə bağlı yeni mərhələnin başlanğıcı olduğunu ifadə edib. Ə.Vəliyev Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması tərəfindən qəbul edilmiş Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü ifadə edib.

Yığıncaqda İcmanın bir illik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edən İdarə Heyətinin sədri Əziz Ələkbərov İcmanın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim edib, görülmüş işlər, həyata keçirilmiş beynəlxalq təşəbbüslər, bütün ölkə ərazisində İcmanın keçirdiyi tədbirlər, müxtəlif platformalarda aparılan maarifləndirici fəaliyyət barədə ətraflı məlumat verib. Ə.Ələkbərov bildirib ki, qarşıdakı mərhələdə İcmanın əsas məqsədi Qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanıdılması, bu hüququn müdafiəsi istiqamətində institusional fəaliyyətin daha da gücləndirilməsidir. Sədr bundan sonra da soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini bildirib, bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün əlaqədar təşkilatlara təşəkkürünü bildirib.

Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov İcmanın maliyyə hesabatı ilə bağlı çıxış edərək vəsaitlərin şəffaf və məqsədyönlü şəkildə idarə olunduğunu, maliyyə və kargüzarlıq fəaliyyətinin hesabat dövrü ərzində Nizamnamənin tələblərinə uyğun həyata keçirildiyini diqqətə çatdırıb.

Müşahidə Şurasının sədri, professor Misir Mərdanov İcmanın fəaliyyətində ictimai nəzarətin əhəmiyyətini vurğulayaraq, qərarların qəbulunda kollegiallıq və şəffaflıq prinsiplərinin qorunmasının vacibliyini qeyd edib.

Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov Qərbi Azərbaycan məsələsinin tarixi yaddaş və milli kimlik baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, bu məsələnin cəmiyyətin bütün təbəqələrinin birgə səyi ilə daim gündəmdə saxlanılmasının əhəmiyyətini vurğulayıb.

Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə aparılan tədqiqatlar və nəşrlər barəsində danışıb.

Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Qərbi Azərbaycan məsələsində qadınların fəal iştirakının əhəmiyyətini önə çəkib, humanitar fəaliyyətlər və sosial təşəbbüslər çərçivəsində Qadınlar Şurasının gördüyü işlərdən bəhs edib.

Gənclər Şurasının sədri Şahin İsmayılov isə gənclərin Qərbi Azərbaycan məsələsində fəal mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, yerli və beynəlxalq platformalarda gənclərin iştirakı ilə həyata keçirilən Qərbi Azərbaycanla bağlı maarifləndirmə tədbirləri haqqında məlumat verib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş, həmçinin bu il yubiley yaşları tamam olmuş bir qrup İcma üzvünə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, İcmanın Nizamnaməsinə uyğun olaraq hər il keçirilən Ümumi Yığıncağın məqsədi təşkilatın illik fəaliyyətinin
qiymətləndirilməsi, görülmüş işlərə dair hesabatların dinlənilməsi, o cümlədən, növbəti ildə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.

Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib
Məqalədə: #Prezident İlham Əliyev #Qərbi Azərbaycan İcması #AMEA #Ümummilli Lider Heydər Əliyev #Vahid Novruzov #Şahin İsmayılov #Ədalət Vəliyev #Əziz Ələkbərov #Misir Mərdanov #Əhliman Əmiraslanov #Fərrux Rüstəmovə #Məlahət İbrahimqızı

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.