İlk ürək transplantasiyalarından sonra orqan donoru olmaq istəyənlərin sayı artıb - Əhliman Əmiraslanov
Azərbaycanda ilk ürək transplantasiyalarının uğurla həyata keçirilməsindən sonra orqan donoru olmaq istəyənlərin sayında artım müşahidə olunur. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.
Ürək transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərinə əsaslanır - Əhliman Əmiraslanov
Orqan transplantasiyasının uğurla həyata keçirilməsi üçün beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası və effektiv icra mexanizmlərinin yaradılması həlledici əhəmiyyət daşıyır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı bildirib.
Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib
20 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda İcmanın İdarə Heyətinin, şuralarının sədrləri və üzvləri, Qərbi Azərbaycan üzrə icma sədrləri və İcmanın ölkə üzrə nümayəndələri iştirak ediblər.