8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib

"AzerGold” QSC və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələrin və ipək və yundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimi keçirilib.

26 Dekabr 2025 20:11
Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib

BAKI,AzerVoice

"AzerGold” QSC və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələrin və ipək və yundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, “Nadir incilər – ipəklə gümüşün harmoniyası” adlı tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və ictimai xadimlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edərək, vəhşi təbiətin mühafizəsinin dövlət siyasəti səviyyəsində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Sədr bu kontekstdə IDEA İctimai Birliyinin fəaliyyətini xüsusilə qeyd edərək, təşkilatın həyata keçirdiyi layihələrin nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə yeni həyat, təbiətə isə ümid qazandırdığını diqqətə çatdırıb.

Z.İbrahimov bu təşəbbüslərin uğurla reallaşmasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın əvəzsiz rolu olduğu bildirilib və yeni layihənin icra edilməsində əsas ilham mənbəyinin məhz bu fəaliyyət olduğunu vurğulayıb.

Sədr dövlət şirkəti tərəfindən təkcə yataqların istismarı prosesində deyil, bütün istiqamətlər üzrə ekoloji tələblərin ən vacib prioritet kimi nəzərə alındığını, eyni zamanda həyata keçirilən sosial layihələr arasında da bioloji müxtəlifliyin qorunmasın önəmli yer tutduğunu qeyd edib. Yeni sikkə-xalça kolleksiyasının da nadir fauna növlərinin qorunmasının təbliği və biomüxtəlifliyin əhəmiyyətinə diqqətin cəlb edilməsi məqsədi daşıdığı bildirilib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov bildirib ki, yun və ipəkdən 3D texnologiyası ilə toxunmuş xalçalar “AzerGold” QSC və “Azərxalça” ASC-nin vəhşi təbiətin qorunmasına yönəlmiş ortaq mesajını estetik və bədii formada ifadə edir. Xüsusi qeyd olunub ki, hər iki qurumun birgə fəaliyyəti Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub. Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. Emin Məmmədov sərgidə nümayiş olunan müxtəlif Qarabağ xalçalarının qısa tarixindən də söz açaraq “Azərxalça” ASC-nin gələcək planları və əsas hədəflərindən tədbir iştirakçılarına xəbər verib.

Qeyd edək ki, kolleksiyaya daxil edilən hər 3 nadir fauna növü - ceyran, bəbir və bezoar keçisi Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sının nəsli kəsilmək təhlükəsi olan canlılar kateqoriyasına daxil edilib. Yeni nəsil gümüş sikkələr numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting” texnologiyasının tətbiqi ilə 2 unsiya çəkidə, yüksək keyfiyyətli gümüşdən, 3D formatında ərsəyə gətirilib.

Tədbirdə hər iki milli brendin eyni mövzuda ərsəyə gətirdiyi məhsullara və onların istehsalına dair videoçarxlar nümayiş olunub. Sonda tədbir iştirakçıları yeni kolleksiya nümunələri, eləcə də digər sikkə və külçə çeşidləri, eyni zamanda müxtəlif növ xalçalarla tanış olublar.

Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib Nadir fauna növləri adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib
Məqalədə: #Leyla Əliyeva #IDEA İctimai Birliyi #AzerGold QSC #Azərxalça ASC- #Nadir fauna növləri adlı yeni nəsil gümüş sikkələr #3D texnologiyası ilə toxunmuş xalçalar #Nadir incilər – ipəklə gümüşün harmoniyası adlı tədbir #AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov #Əməkdar İncəsənət xadimi Emin Məmmədov #Beynəlxalq Təbiəti Mühafizə İttifaqı

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 12:53

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.