8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib

Azərbaycan təsviri sənətində 1960-cı illərdə formalaşmış nonkonformist cərəyanın qorunması və beynəlxalq səviyyədə tanıdılması məqsədilə mühüm mədəni layihə uğurla başa çatdırılıb. bp şirkəti Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları — SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies adından Azərbaycan Milli İncəsənət Muzeyində nonkonformist rəssamların əsərləri üçün ayrılmış xüsusi sərgi zallarının təmiri və modernləşdirilməsini maliyyələşdirib.

23 Yanvar 2026 18:20
Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Azərbaycan təsviri sənətində 1960-cı illərdə formalaşmış nonkonformist cərəyanın qorunması və beynəlxalq səviyyədə tanıdılması məqsədilə mühüm mədəni layihə uğurla başa çatdırılıb.

AzerVoice xəbər verir ki, bp şirkəti Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları — SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies adından Azərbaycan Milli İncəsənət Muzeyində nonkonformist rəssamların əsərləri üçün ayrılmış xüsusi sərgi zallarının təmiri və modernləşdirilməsini maliyyələşdirib.

Layihə çərçivəsində muzey zallarının estetik və funksional imkanları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, beynəlxalq muzey standartlarına cavab verən müasir işıqlandırma sistemləri quraşdırılıb, divar və səthlər müvafiq şəkildə hazırlanıb. Görülən işlər nonkonformist sənət nümunələrinin optimal texniki və vizual şəraitdə nümayişi və mühafizəsini təmin edir.

Məlumata görə, layihə çərçivəsində 800 kvadratmetr divar, 400 kvadratmetr tavan və 330 kvadratmetr döşəmə sahəsi təmir edilib, ən azı 150 sənət əsəri üçün qabaqcıl işıqlandırma sistemləri quraşdırılıb, muzey standartlarına uyğun 150 ədəd yeni taxta çərçivə hazırlanıb.

Qeyd olunur ki, XX əsr Azərbaycan nonkonformist rəssamlarının yaradıcılığı Muzey kolleksiyasının mühüm hissəsini təşkil edir. 1960–1980-ci illərdə formalaşmış bu cərəyan sovet dövrünün sosialist realizminə qarşı alternativ estetik yanaşma kimi meydana çıxıb və Abşeron Rəssamlıq Məktəbinin inkişafında mühüm rol oynayıb. Bu cərəyanın aparıcı nümayəndələri arasında Mircavad Mircavadov, Əşrəf Murad, Tofiq Cavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Kamal Əhməd və avanqard heykəltəraş Fazil Nəcəfov xüsusi yer tutur.

Layihənin təqdimat mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, yenilənmiş zallar Azərbaycanın nonkonformist təsviri sənət irsinin daha dolğun, estetik və beynəlxalq səviyyədə təqdim olunmasına imkan yaradır. Onun sözlərinə görə, layihə bu irsin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda layiq olduğu yüksək dəyərin qazanılmasına xidmət edəcək.

Ümumi dəyəri 358 089 manat təşkil edən layihə “Greentech Solutions” MMC tərəfindən icra olunub.

Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib
Məqalədə: #bp Azərbaycanın nonkonformist sənətinin təbliğinə töhfə verdi #Milli İncəsənət Muzeyində nonkonformist zallar yeniləndi #Azərbaycanda nonkonformist təsviri sənət üçün yeni mərhələ #bp-nin dəstəyi ilə tarixi sənət irsi qorunur #Nonkonformist rəssamların irsi beynəlxalq standartlarla təqdim olunur #Milli İncəsənət Muzeyində iri mədəni layihə tamamlandı

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.