9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Aqrar Sığorta Fondu Şəmkir və Samuxda fermerlərə sığorta ödənişləri edib

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi fermer təsərrüfatlarının maliyyə risklərindən qorunmasında mühüm rol oynamağa davam edir. Aqrar Sığorta Fondu Şəmkir və Samux rayonlarında arpa, şaftalı və nektarin sahələrinə dəymiş zərərlər üzrə fermerlərə növbəti sığorta ödənişlərini həyata keçirib. Ödənişlər vəhşi heyvanların hücumu, dolu və şaxtavurma kimi təbii risklər nəticəsində baş vermiş zərərləri əhatə edib.

27 Yanvar 2026 15:17
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda fermerlərə sığorta ödənişləri edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi fermer təsərrüfatlarının maliyyə risklərindən qorunmasında mühüm rol oynamağa davam edir.

AzerVoice Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, Fond Şəmkir və Samux rayonlarında arpa, şaftalı və nektarin sahələrinə dəymiş zərərlər üzrə fermerlərə növbəti sığorta ödənişlərini həyata keçirib. Ödənişlər vəhşi heyvanların hücumu, dolu və şaxtavurma kimi təbii risklər nəticəsində baş vermiş zərərləri əhatə edib.

Samux rayonunun Füzuli kənd sakini Asif Qurbanov 44 hektar arpa sahəsini çoxsaylı risklərdən sığortalayıb və bunun üçün 557 manat sığorta haqqı ödəyib. May ayında ceyran sürüsünün əkin sahəsinə daxil olması nəticəsində yaranmış zərərə görə fermerə 2 303 manat məbləğində sığorta ödənişi edilib.

Şəmkir rayonunun Varlı Həyat kəndində fəaliyyət göstərən fermer Nəsir Yusifov 23 hektar arpa sahəsinə görə dolu hadisəsi nəticəsində 12 302 manat, həmin kəndin digər sakini Eldəniz Yusifov isə 10,6 hektar arpa sahəsinə dəyən zərərə görə 5 313 manat sığorta ödənişi alıb.

Şəmkir rayonunun Keçili kəndindən olan fermer Nemət Məmmədov isə 2,75 hektar nektarin bağını sığortalayıb. Şaxtavurma nəticəsində bağa dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən qiymətləndirilib və fermerə 13 710 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Fermerlərə ödənişlərin təqdimatı zamanı Aqrar Sığorta Fondunun Şəmkir regional filialının rəhbəri Valeh Əsədov və Goranboy regional filialının rəhbəri Tofiq Əsgərov bildiriblər ki, dövlət dəstəkli aqrar sığorta mexanizmi fermerlərin maliyyə dayanıqlığının qorunmasında əsas alətlərdən biridir. Qeyd olunub ki, sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyindən, fermerlər az məbləğ ödəməklə geniş risk paketindən yararlana bilirlər.

Aqrar Sığorta Fondunun nümayəndələri fermerləri bu mexanizmdən aktiv istifadə etməyə və təsərrüfatlarını güzəştli şərtlərlə sığortalamağa çağırıblar.

Aqrar Sığorta Fondu, aqrar sığorta, fermer sığorta ödənişi, kənd təsərrüfatı sığortası, Şəmkir fermerləri, Samux fermerləri, arpa sahəsi zərəri, dolu zərəri, şaxtavurma, dövlət dəstəyi, bitkiçilik sığortası, agricultural insurance Azerbaijan, farmer compensation, crop insurance, hail damage crops, frost damage agriculture, страхование сельского хозяйства, выплаты фермерам, агрострахование, ущерб урожаю, 农业保险, 农民补偿, 作物损失, sigorta ödemesi, tarım sigortası, çiftçi desteği, devlet destekli sigorta

Aqrar Sığorta Fondu Şəmkir və Samuxda fermerlərə sığorta ödənişləri edib
Məqalədə: #Aqrar Sığorta Fondu Şəmkir və Samuxda fermerlərə ödəniş edib #Dolu #şaxta və vəhşi heyvan zərərlərinə görə sığorta ödənişləri #Aqrar sığorta fermerlərə minlərlə manat kompensasiya təmin edib #Şəmkir və Samuxda əkin sahələrinə dəyən zərər ödənilib #Dövlət dəstəkli aqrar sığorta mexanizmi effektivliyini göstərir #Fermerlər aqrar sığorta hesabına zərərlərdən qorunur #Azerbaycan’da çiftçilere tarım sigortası ödemeleri yapıldı #Dolu ve don zararları sigorta kapsamında karşılandı #Tarım sigortası çiftçilere binlerce manat destek sağladı #Şemkir ve Samuh’ta sigorta ödemeleri #Devlet destekli tarım sigortası sonuç veriyor #Çiftçiler risklere karşı sigortayla korunuyor

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.