13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda bir il ərzində 2 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb

BAKI, AzerVoice Paytaxt yollarında ötən il ərzində 2 546 yol-nəqliyyat hadisəsi baş verib. Qəzaların əsas səbəbləri sırasında yüksək sürət, sürücü diqqətsizliyi və yol hərəkəti qaydalarının pozulması üstünlük təşkil edir. AzerVoice xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

28 Yanvar 2026 09:53
Bakıda bir il ərzində 2 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Paytaxt yollarında ötən il ərzində 2 546 yol-nəqliyyat hadisəsi baş verib. Qəzaların əsas səbəbləri sırasında yüksək sürət, sürücü diqqətsizliyi və yol hərəkəti qaydalarının pozulması üstünlük təşkil edir.

AzerVoice xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtda quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində qeydə alınan hadisələrin təhlili göstərib: svetoforun qadağanedici işığında hərəkət, ara məsafəsinin saxlanılmaması, yol nişanlarının tələblərinə əməl edilməməsi və sürücü məsuliyyətsizliyi qəzaların əsas səbəbləridir.

Hadisələrin daha çox nəqliyyatın intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə - Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr və Tbilisi prospektlərində, həmçinin Bakı–Sumqayıt, Aeroport və Sabunçu–Zabrat şoselərində baş verdiyi qeyd olunub.

Məlumata görə, il ərzində 1 889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Qəzalar və nasaz avtomobillərlə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən operativ tədbirlər görülüb.

Bakıda nəqliyyat axınının intensivliyinin artırılması məqsədilə 60 küçə və prospekt üzrə svetoforlara il ərzində 73 min 717 dəfə “yaşıl dalğa” rejimi tətbiq edilib.

Bununla yanaşı, məlumat-sürət portalları vasitəsilə sürücülər yollardakı sıxlıq, təmir işləri, hava şəraiti və yol-nəqliyyat hadisələri barədə operativ şəkildə məlumatlandırılıb. Təhlükəsizliyin təmin olunması məqsədilə il ərzində hava şəraiti ilə əlaqədar sürət hədləri 63 dəfə endirilib.

Məqalədə: #Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi #yol-nəqliyyat hadisələri Bakıda #paytaxt yollarında qəzalar #sürücü diqqətsizliyi #svetofor qaydalarının pozulması #yol nişanlarına əməl edilməməsi #Bakı şəhər DYP #Bakı-Sumqayıt yolu hadisələr #Heydər Əliyev prospekti nəqliyyat #Ziya Bünyadov prospekti qəzalar

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55

Son Xəbərlər

İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
09:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.