Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Bakıda bir il ərzində 2 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb
BAKI, AzerVoice Paytaxt yollarında ötən il ərzində 2 546 yol-nəqliyyat hadisəsi baş verib. Qəzaların əsas səbəbləri sırasında yüksək sürət, sürücü diqqətsizliyi və yol hərəkəti qaydalarının pozulması üstünlük təşkil edir. AzerVoice xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Svetoforun qırımızı işığında keçib svetoforu yararsız vəziyyətə saldı
Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri svetoforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə svetofora çırpılıb. Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən svetoforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.
Aeroport şosesində buzlanma səbəbindən nəqliyyatın hərəkəti çətinləşib
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı hava və yol şəraiti ilə bağlı sürücülərə rəsmi xəbərdarlıq edib. Mərkəzin yaydığı məlumata görə, hazırda Aeroport şosesində mərkəz istiqamətində yolun buz bağlaması nəqliyyatın hərəkətini xeyli çətinləşdirib və bu da qəzaların baş vermə riskini artırır. Sürücülərdən təhlükəsizlik qaydalarına ciddi əməl etmələri, sürət həddini aşmamaları və nəqliyyat vasitələri arasında düzgün ara məsafəsi saxlamaları xahiş olunur. Bildirilir ki, vəziyyət nəzarətdə saxlanılır və yol şəraiti operativ şəkildə izlənilir.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciət etdi
Verilən proqnoza görə, paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir. Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir.
“Şamaxinka”da yeni svetoforlar quraşdırılır
“Şamaxinka”da hərəkət növbəliliyinin tənzimlənməsi üçün yeni svetoforlar quraşdırılır. Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi svetoforlarla tənzimlənəcək.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb
Bu kəsişmədə sürücülərin daha rahat görmələri üçün yeni svetoforlar quraşdırıldı. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Paytaxtda svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılıb
Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə 47 yolayrıcında mövcud olan svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində svetoforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:
Bakının bəzi küçə və kəsişmələrində yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb
Zığ şosesində yol hərəkətində dəyişiklik edilərək yeni svetoforlar quraşdırıldı. Bu barədə NİİM məlumat yayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb.
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumatı
Bakıda nəqliyyat axınının fasiləsiz hərəkətini təmin edən adaptiv “ağıllı svetoforlar” ilk dəfə pilot layihə çərçivəsində quraşdırılıb. İki xarici ölkədən olan mütəxəssislərin iştirakı ilə həyata keçirilən layihə Binəqədi rayonunda bir neçə əsas küçə və kəsişməni əhatə edir. Yeni svetoforlar sınaq müddətində işə salınaraq nəqliyyatın idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir.