7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

bp-nin dəstəyi ilə Maqsud İbrahimbəyovun yaradıcılığına həsr olunan genişmiqyaslı festival keçirilir

bp böyük məmnuniyyətlə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq və tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə keçirilən “Neft bumu hamıya gülümsəyir” adlı mədəniyyət festivalına sponsorluq edir. Həm Azərbaycan, həm də dünya ədəbiyyatının, eləcə də teatr və kino sənətinin ən nüfuzlu simalarından biri kimi tanınan, 30-dan çox filmin yaradılmasında iştirak etmiş Maqsud İbrahimbəyovun əsərləri 36 dilə tərcümə edilib. Onun yaradıcılığı - xüsusən də neft bumunun sosial-bəşəri dəyərlərə təsirini əks etdirən əsərləri uzun illərdir müxtəlif nəsillərin mədəni və ictimai düşüncəsinin formalaşmasına təsir göstərir. Bu isə festivalın mövzusunu daha da aktuallaşdırır.

3 Fevral 2026 16:28
bp-nin dəstəyi ilə Maqsud İbrahimbəyovun yaradıcılığına həsr olunan genişmiqyaslı festival keçirilir
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

bp Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq və tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə keçirilən “Neft bumu hamıya gülümsəyir” adlı mədəniyyət festivalına sponsorluq edir.

AzerVoice xəbər verir ki, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən festival Heydər Əliyev Fondunun dəstəyi ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi tərəfindən keçirilir.

Həm Azərbaycan, həm də dünya ədəbiyyatının, eləcə də teatr və kino sənətinin ən nüfuzlu simalarından biri kimi tanınan, 30-dan çox filmin yaradılmasında iştirak etmiş Maqsud İbrahimbəyovun əsərləri 36 dilə tərcümə edilib. Onun yaradıcılığı - xüsusən də neft bumunun sosial-bəşəri dəyərlərə təsirini əks etdirən əsərləri uzun illərdir müxtəlif nəsillərin mədəni və ictimai düşüncəsinin formalaşmasına təsir göstərir. Bu isə festivalın mövzusunu daha da aktuallaşdırır.

Yazıçının çoxşaxəli yaradıcılıq irsinə həsr olunan genişmiqyaslı mədəni, maarifləndirici və bədii tədbirlərdən ibarət festival proqramına aşağıdakılar daxildir:

  • Maqsud İbrahimbəyovun pyeslərinin və digər əsərlərinin səhnə qiraəti;
  • “Neft bumu hamıya gülümsəyir” pyesinin Azərbaycan, ingilis və rus dillərində yeni nəşrinin təqdimatı;
  • Tədqiqatçı Fuad Axundov tərəfindən Bakının neft dövrü tarixini əhatə edən açıq mühazirə;
  • Bakının teatr mühiti üçün yeni format olan və tamaşanın pərdəarxası yaradıcılıq prosesi ilə tanışlıq imkanı yaradan açıq məşq;
  • Maqsud İbrahimbəyovun əsərləri əsasında üç fərqli rejissor yanaşmasını təqdim edən yaradıcılıq seminarı və sonda ən güclü konsepsiyanın açıq səsvermə yolu ilə seçilməsi;
  • 17 yanvar-28 fevral tarixlərində Bakı Müasir İncəsənət Muzeyində çağdaş Azərbaycan rəssamlarının əsərlərini bir araya gətirən və neft bumunu rəssamlıq, heykəltəraşlıq və audio-video instalyasiyalar vasitəsilə fərqli rakursdan təqdim edən “Qeyzer” müasir incəsənət sərgisi;
  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçının məşhur “Neft bumu hamıya gülümsəyir” pyesinin müasir yozumda tamaşasının premyerası.

“Biz fəxr edirik ki, Maqsud İbrahimbəyovun onilliklər boyu Azərbaycanın neft dövrünün mədəni salnaməsini formalaşdıran zəngin irsinə həsr olunmuş bu festivala dəstək veririk. Bu layihə bp-nin Azərbaycanın tarixi və mədəni irsinin qorunması və təşviqini dəstəkləməyə dair uzunmüddətli öhdəliyini əks etdirir. Məmnunuq ki, bu tədbirlər sayəsində sənət adamları, tədqiqatçılar, tələbələr və geniş ictimaiyyət bir araya gələrək ölkənin mədəni həyatında əlamətdar bir hadisəni qeyd etmək imkanı qazanıblar” - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Ümumilikdə, festival çərçivəsində keçirilən tədbirlərdə müxtəlif nəsilləri və peşə sahələrini təmsil edən elmi-mədəni ictimaiyyətin 700-dən çox nümayəndəsinin iştirakı gözlənilir.

bp-nin layihəyə töhfəsi 55 600 AZN (32 706 ABŞ dolları) təşkil edib.

Qeyd edək ki, bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2389 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

bp-nin dəstəyi ilə Maqsud İbrahimbəyovun yaradıcılığına həsr olunan genişmiqyaslı festival keçirilir bp-nin dəstəyi ilə Maqsud İbrahimbəyovun yaradıcılığına həsr olunan genişmiqyaslı festival keçirilir bp-nin dəstəyi ilə Maqsud İbrahimbəyovun yaradıcılığına həsr olunan genişmiqyaslı festival keçirilir bp-nin dəstəyi ilə Maqsud İbrahimbəyovun yaradıcılığına həsr olunan genişmiqyaslı festival keçirilir
Məqalədə: #bp #Maqsud İbrahimbəyov #Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi #Azərbaycan ədəbiyyatı #Bakı Müasir İncəsənət Muzeyi #bp Maqsud İbrahimbəyov festivalı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

27 İyul 22:53
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı
İqtisadiyyat

Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı

22 Aprel 12:34
Leyla Əliyeva və Alena Əliyeva “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimat mərasimində iştirak ediblər
Mədəniyyət

Leyla Əliyeva və Alena Əliyeva “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimat mərasimində iştirak ediblər

16 Aprel 10:13

Son Xəbərlər

Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.