7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

BVF missiyası ilə görüşdə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə edilib

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb

10 Fevral 2026 15:18
Bakı
BVF missiyası ilə görüşdə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə edilib

BAKI, AzerVoice

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

AzerVoice-un məlumatına görə,görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb. Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son 7 ildə icra olunan 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdə, o cümlədən pensiyalarda baş verən ciddi artımlar qeyd edilib.

Dövlətimizin başçısının yeni Sərəncamı ilə pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək daha 9,3 faiz artırıldığı, pensiya təminatı sistemində humanist yanaşmaların tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub. Sosial təminat sahəsi üzrə son illər yaradılan rəqəmsal xidmətlər, proaktiv təyinat mexanizmləri diqqətə çatdırılıb.

Ölkəmizin əmək bazarındakı inkişaf meyilləri, əmək müqavilələrinin sayında ildən-ilə davam edən artım dinamikası, icra olunan aktiv məşğulluq proqramları, peşə və kvalifikasiya standartlarının hazırlanaraq təsdiqlənməsi işləri barədə məlumat verilib. Əmək qanunvericiliyindəki son yeniliklər, qadınların məşğulluq imkanlarının artırılması üçün atılan addımlar, gənclərin məşğulluğuna yönəlmiş layihələr qeyd olunub.

Missiya ilə görüşdə ölkəmizdə pensiya təminatı sahəsində islahatlara və əmək bazarındakı son yenliklərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayevin iştirakı ilə keçirilən görüşdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti tərəfindən Azərbaycanın əmək bazarının təhlilinə dair təqdimat edilib.

BVF missiyası ilə görüşdə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə edilib BVF missiyası ilə görüşdə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə edilib BVF missiyası ilə görüşdə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə edilib
Məqalədə: #Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib

26 Fevral 14:47
Bütün sosial ödənişlər fevralın 26-da yekunlaşdırılacaq
İqtisadiyyat

Bütün sosial ödənişlər fevralın 26-da yekunlaşdırılacaq

25 Fevral 15:06
Yanvarda əlilliyə görə ödəniş alanların sayı açıqlanıb
Cəmiyyət

Yanvarda əlilliyə görə ödəniş alanların sayı açıqlanıb

25 Fevral 14:28
Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
Cəmiyyət

Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib

25 Fevral 11:39

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.