8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi

Fevralın 25-də təşkil edilən görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Nazir bildirib ki, yubilyarların hər biri milli mədəniyyətimizin inkişafında mühüm rol oynayır və uzun illər ərzində sənət sahəsində göstərdikləri fəaliyyətlə ölkənin mədəni irsinə dəyərli töhfələr veriblər.

25 Fevral 2026 18:22
Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

Mədəniyyət Nazirliyində bir qrup yubilyar sənət xadimi ilə görüş keçirilib.

VOA Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, fevralın 25-də təşkil edilən görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Nazir bildirib ki, yubilyarların hər biri milli mədəniyyətimizin inkişafında mühüm rol oynayır və uzun illər ərzində sənət sahəsində göstərdikləri fəaliyyətlə ölkənin mədəni irsinə dəyərli töhfələr veriblər.

Adil Kərimli çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində mədəniyyətə xüsusi önəm verildiyini vurğulayıb. O qeyd edib ki, dahi şəxsiyyət respublikaya rəhbərliyinin hər iki dövründə mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərib. Bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Nazir vurğulayıb ki, mədəniyyətin inkişafı, qorunması və təbliği yaradıcı insanlara göstərilən yüksək diqqət və dəstək ilə paralel şəkildə həyata keçirilir. Dövlət başçısının sərəncamları ilə sənət adamlarının təqaüd və təltiflərə layiq görülməsi onların fəaliyyətinə əlavə stimul verir.

Tədbirin sonunda Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplomlarını təqdim edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb. Mədəniyyət xadimləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Görüş birgə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi
Məqalədə: #Yubilyar mədəniyyət xadimləri Fəxri diplomla təltif edildi #Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi #Xalq artistləri və rəssamlar nazirliyin mükafatına layiq görüldü #Adil Kərimli yubilyarları təbrik etdi #Mədəniyyət xadimlərinə dövlət qayğısı davam edir #Nazirlikdə yubilyar sənətçilərlə görüş və təltif mərasimi #Kültür insanlarına onur diploması verildi #Kültür Bakanlığında sanatçılarla buluşma #Halk sanatçıları ve ressamlar ödüllendirildi #Adil Kerimli’den kültür temsilcilerine tebrik #Sanat insanlarına devlet desteği sürüyor #Yıldönümü sahiplerine fahri diploma takdimi

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.