11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qadınların biznesdə artan rolu: dövlət dəstəyindən dayanıqlı inkişafa

Son illərdə Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə marağının artması müşahidə olunur. Dövlət tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, təşviq mexanizmləri və institusional dəstək nəticəsində qadın sahibkarların həm sayı, həm də iqtisadi fəallığı genişlənməkdədir.

7 Mart 2026 10:28
Qadınların biznesdə artan rolu: dövlət dəstəyindən dayanıqlı inkişafa

BAKI,VOA

Son illərdə Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə marağının artması müşahidə olunur. Dövlət tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, təşviq mexanizmləri və institusional dəstək nəticəsində qadın sahibkarların həm sayı, həm də iqtisadi fəallığı genişlənməkdədir.

VOA xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2026-cı ilin 1 yanvar vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların 23,7%-ni qadınlar təşkil edir. 2023-cü illə müqayisədə fərdi qadın sahibkarların sayı 28,5% artıb.

Sahibkar qadınların 28%-i Bakıda, 10%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 38%-ni, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26,2%-ni, “Ticarət, nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 22,2%-ni təşkil edir.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsünə əsasən Qazax-Tovuz (28,7%), Naxçıvan Muxtar Respublikası (27,8%), Gəncə-Daşkəsən (26,2%), Bakı (25,6%), Şərqi Zəngəzur (24,5%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, onların iqtisadiyyatda və məşğulluqda rolunun artırılması prioritetlər sırasındadır. Qadınların biznes fəaliyyətinə başlaması və sahibkarlıq fəaliyyətini genişləndirməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ödənişsiz təlimlər keçirilir, məsləhət xidməti göstərilir. Daxili bazar araşdırması, sərgilərdə iştirak, ticarət şəbəkələrinə çıxışa dəstək, investisiya təşviqi sənədi, klasterlər üçün şəhadətnamə, qrant, “Startap” şəhadətnaməsi və s. dəstək mexanizmləri vasitəsilə qadın sahibkarlar mövcud güzəştlərdən yararlanır, onların maliyyə resurslarına və satış bazarlarına çıxışı dəstəklənir.

İndiyədək KOBİA tərəfindən 33 qadın sahibkara 500 min manatdan çox qrant ayrılıb, 36 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib. Qadın sahibkarlar üçün müxtəlif mövzularda 5200-dən çox təlim keçirilib, 2600-dən çox məsləhət xidməti göstərilib, Bakı və regionlarda fəaliyyət göstərən 700-ə yaxın qadın sahibkara biznes planın hazırlanmasında dəstək təmin olunub. Qadın sahibkarların müraciəti əsasında bir neçə daxili bazar araşdırması aparılıb. Ümumilikdə 1030-dan çox qadın sahibkarın yerli və beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakına, eləcə də ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib.

Təsisçiləri qadın olan, investisiya təşviqi sənədi əldə edən 69 subyekt tərəfindən 2016-cı ildən indiyədək 82 layihə çərçivəsində 880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərində avadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edilib.

Bakı və regionlarda olmaqla, qadın sahibkarlar üçün 30-a yaxın sahəvi görüş və maarifləndirici tədbir keçirilib ki, bu tədbirlərdə 580-ə yaxın qadın sahibkar iştirak edib.

KOBİA və tərəfdaş dövlət və özəl qurumların birgə əməkdaşlığı çərçivəsində qadınların biznes fəaliyyətinə cəlb edilməsi və inkişafını dəstəkləyən “Biznesdə qadınların gücü”, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” kimi müxtəlif layihələr həyata keçirilib.

Məqalədə: #Azərbaycan #Bakı #Dövlət Statistika Komitəsi #KOBİA #Bakı KOB evi

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

10 Sentyabr 17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.