8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İrandan Azərbaycana ümumilikdə 2057 nəfər təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. 28 fevral 8.00-dan – 9 mart saat 07:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1918 nəfər təxliyə olunub. Belə ki, 541 Çin, 314 Azərbaycan, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 13 Macarıstan, 12 Özbəkistan, 10 Bolqariya, 10 Konqo Demokratik, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Brityaniya, 8 Qazaxıstan, 7 Belarus vətəndaşı təxliyə olunub.

9 Mart 2026 19:45
İrandan Azərbaycana ümumilikdə 2057 nəfər təxliyə edilib

BAKI, VOA

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

VOA-nın məlumatına görə, fevralın 28-i saat 08:00-dan martın 9-u saat 18:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2057 nəfər təxliyə edilib.

Belə ki, 594 Çin, 362 Azərbaycan, 291 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 15 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 12 Macarıstan, 12 Polşa, 10 Nigeriya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Böyük Britaniya, 8 Braziliya, 8 Qazaxıstan, 8 Kanada, 6 BƏƏ, 6 Slovakiya,6 Belçika, 6 Rumıniya, 5 Serbiya, 5 Əfqanıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstraliya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Belçika, 4 Küveyt, 4 Banqladeş, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Xorvatiya, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 İsveç, 2 ABŞ, 2 Sloveniya, 2 Kipr vətəndaşı texliyə edilib.

Eyni zamanda, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və Avstraliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

xxx

11:06

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

VOA-nın məlumatına görə, 28 fevral 8.00-dan – 9 mart saat 07:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1918 nəfər təxliyə olunub.

Belə ki, 541 Çin, 314 Azərbaycan, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 13 Macarıstan, 12 Özbəkistan, 10 Bolqariya, 10 Konqo Demokratik, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Brityaniya, 8 Qazaxıstan, 7 Belarus vətəndaşı təxliyə olunub.

Siyahıda həmçinin Slovakiya, BƏƏ, Belçika və Kanadanın hər biri üzrə 6 vətəndaş, Əfqanıstan, Serbiya, Çexiya, İsveçrə, Rumıniya və Avstriyanın hər biri üzrə isə 5 vətəndaş, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə Bəhreyn, Küveyt və Banqladeşin hər biri üzrə 4 yer alıb. Filippin, Qətər, Meksika, Finlandiya və Xorvatiyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan, Hindistan, Kipr, Sloveniya və İsveçin hər biri üzrə 2 vətəndaş, Polşa, Avstraliya, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir və ABŞ-nin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.

Qeyd edək ki, 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə 28 fevralda ABŞ və İsrailin hərbi hava hücumları nəticəsində öldürülən Ali Lideri Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə: #İran #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.