6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan kinosuna həsr olunan ilk ensiklopediya təqdim edilib

bp Azərbaycan kinematoqrafiyasına həsr olunmuş dörd cildlik ensiklopediyanı ictimaiyyətə təqdim edib. “Azərbaycan Kinosu. Yığcam ensiklopediya” adlı yeni nəşr, 1898–2025-ci illəri əhatə etməklə milli kinonun inkişaf tarixi haqqında bu günə qədər hazırlanmış ən əhatəli ensiklopedik bir mənbədir.

11 Mart 2026 20:25
Azərbaycan kinosuna həsr olunan ilk ensiklopediya təqdim edilib

BAKI, VOA, Orxan Qədirzadə

bp Azərbaycan kinematoqrafiyasına həsr olunmuş dörd cildlik ensiklopediyanı ictimaiyyətə təqdim edib.

VOA bp şirkətinə istinadən xəbər verir ki, “Azərbaycan Kinosu. Yığcam ensiklopediya” adlı yeni nəşr, 1898–2025-ci illəri əhatə etməklə milli kinonun inkişaf tarixi haqqında bu günə qədər hazırlanmış ən əhatəli ensiklopedik bir mənbədir.

Tanınmış kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu bu elmi tədqiqat əsərində milli kinematoqrafiyanın inkişaf yolu dərin və hərtərəfli araşdırılır. Geniş arxiv tədqiqatlarına əsaslanan ensiklopediyada filmlər, kino yaradıcıları, studiyalar və Azərbaycanda kino sənayesinin yaranması və formalaşmasına təsir etmiş tarixi və mədəni mühit öz geniş əksini tapıb.

Tədqiqat Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, eləcə də digər studiyalarda, kino şirkətlərində və televiziya kanallarında 1898–2025-ci illərdə istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir. Ensiklopediyaya tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya filmləri, animasiya filmləri və 1898–2018-ci illərdə çəkilmiş “Mozalan” satirik kinojurnalları daxil edilib.

Nəşrin ilk iki cildində Azərbaycan kinosu tarixinin tam ensiklopedik təsviri təqdim olunur, qalan iki cild isə “Tammetrajlı bədii və animasiya filmlərinin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” adlanır.

Ensiklopediyaya müəllifin, eləcə də ilkin kino yaradıcılarının və müxtəlif dövrlərdə kino sənayesinin inkişafına töhfə vermiş digər şəxslərin şəxsi arxivlərində qorunan nadir fotoşəkillər də daxil edilib. Bundan başqa, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxiv şöbəsi və Azərbaycan Dövlət Film Fondunun materiallarından da istifadə olunub.

Azərbaycan kinosunun 1898-ci ildə yarandığı gündən bəri keçdiyi tarixi yol mədəni inkişafımızın çox əlamətdar bir hissəsidir. Kinematoqrafiya yaradıcılığının bir əsrdən çox tarixini bu qədər dəqiqlik və fədakarlıqla sənədləşdirməklə hörmətli Aydın Kazımzadə incəsənət və akademik ictimaiyyətimiz üçün uzunmüddətli dəyər daşıyan bir əsər yaradıb. bp mədəni irsimizin qorunmasına və Azərbaycan kinematoqrafçılarının irsininin gələcək nəsillər üçün daim ilham mənbəyi olmasına xidmət edən belə bir layihəni dəstəkləməkdən qürur duyur. - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Əsas istinad mənbəyi kimi nəzərdə tutulmuş bu nəşr kino mütəxəssisləri, tarixçilər, tədqiqatçılar, müəllimlər və televiziya, mədəniyyət və incəsənət sahələrində çalışan mütəxəssislər, eləcə də Azərbaycan kinematoqrafiyasının yaranışı və yüz ildən çox inkişaf tarixinə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

bp-nin Azərbaycanın zəngin mədəni irsinin qorunması və təşviqinə dəstək öhdəliyini əks etdirən bu layihə şirkətin dəstəyi ilə həyata keçirilən böyük bir mədəni irs proqramının bir hissəsidir. Proqrama bundan əvvəl icimaiyyətə təqdim olunmuş Mirzə Qədim İrəvaninin yaradıcılığı haqqında tədqiqat nəşri və bu gün təqdim olunan kino ensiklopediyası ilə yanaşı, Azərbaycan xalçalarına dair professor Kübra Əliyevanın müəllifi olduğu üç əsas elmi əsər də daxildir.

Layihəyə daxil olan qalan kitablar il ərzində ictimaiyyətə təqdim ediləcək.

Layihənin ümumi dəyəri proqramdakı səkkiz kitabın hazırlanması və nəşri də daxil olmaqla 308498 AZN (təxminən 181470 ABŞ dolları) təşkil edir.

Layihə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən həyata keçirilir.

Məqalədə: #Azərbaycan kinosuna həsr olunan ilk ensiklopediya təqdim edildi #bp Azərbaycan kinosu haqqında dörd cildlik ensiklopediya nəşr etdi #Milli kino tarixini əhatə edən yeni ensiklopediya təqdim olundu #Azərbaycan kinematoqrafiyasına dair ən geniş ensiklopedik mənbə nəşr edildi #1898–2025-ci illəri əhatə edən kino ensiklopediyası təqdim edildi #Azərbaycan kinosunun tarixi dörd cildlik nəşrdə toplanıb

Mövzu üzrə digər xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

13:56
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

11:00

Son Xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.