5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib

Martın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib.

18 Mart 2026 09:15
Baku
ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib

BAKI, VOA
Martın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib.

Təşkilatın Bakı şəhərində yerləşən Regional Ofisində gerçəkləşən iclasda Milli Komissiyanın sədri,Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli gündəlik haqqında məlumat verib, ölkəmizin ICESCO ilə əməkdaşlığından danışıb.

VOA xəbər verir ki, qeyd olunub ki, ICESCO ilə əlaqələrin inkişaf edirilməsi ölkəmiz üçün xüsusi önəm daşıyır. Bu əməkdaşlıq Azərbaycanın İslam dünyasındakı mövqeyini möhkəmləndirir, multikulturalizm və tolerantlıq modelimizi təbliğ edir, həmçinin beynəlxalq səviyyədə humanitar və mədəni diplomatiyamızın effektivliyini artırır.

Nazir bildirib ki, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan–ICESCO əməkdaşlığı daha da inkişaf edərək yeni səviyyəyə yüksəlib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası tərəfindən təşkilatın fəaliyyətinə davamlı dəstək göstərilir. Heydər Əliyev Fondu da Azərbaycanın ICESCO ilə əlaqələrində xüsusi rol oynayır.

Fondla ICESCO arasında əməkdaşlıq çərçivəsində müxtəlif layihələr, tədbirlər həyata keçirilib və bu istiqamətdə fəaliyyətin qarşıdakı illərdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Sonra Milli Komissiyanın baş katibi, Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev Katibliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxışında qısa müddətdə Regional Ofisin fəaliyyətinin tam formalaşdırıldığını deyib. Bildirib ki, bu prosesdə dövlət başçısının göstərişi ilə Mədəniyyət Nazirliyi tərəfindən ofisin fəaliyyətinə zəruri dəstək göstərilib.

Daha sonra Milli Komissiyanın 2026–2028-ci illərə dair Fəaliyyət planı müzakirə olunub, Komissiya üzvlərinin rəy və təklifləri dinlənilib.

Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov Fondla ICESCO arasında gələcək əməkdaşlıq barədə məlumat verib.

İclasda həmçinin Milli Komissiyanın veb-səhifəsinin təqdimatı olub.
Sonda birgə foto çəkdirilib.

ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib
Məqalədə: #Adil Kərimli #Heydər Əliyev Fondu #ICESCO #Fərrux Cumayev #Milli Komissiya

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.