Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib
27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil olunan “İslam dünyasını gələcəyə hazırlamaq: Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatı və təkmilləşdirilməsi” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.
Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb
Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistana səfərə başlayıb. Heyət Namanqan və Əndican şəhərlərində keçirilən beynəlxalq mədəni tədbirlərdə iştirak edəcək. Forum muğam sənətinin qorunmasına həsr olunub. Əndican “Türk dünyasının mədəniyyət paytaxtı 2026” kimi açılacaq. Səfər mədəni əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.
ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib
Martın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib.
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb
9 dekabr, 2025-ci il tarixində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək Təşkilatın Prezidenti Aktotı Raimkulova ilə görüşüb. Ziyarət çərçivəsində ICESCO nümayəndə heyətinə Fondun mədəni irsin tədqiqi, qorunması və təbliği istiqamətində həyata keçirdiyi layihələr təqdim edilib, elmi əməkdaşlığın genişləndirilməsi və institusional tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində vacib məsələlər müzakirə olunub.
İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub
5-11 dekabr tarixlərində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir
Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum arasında görüş keçirilib.
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb
Leyla Əliyeva ICESCO-nun Baş direktoru əl-Maliklə görüşüb.
Bakıda “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” beynəlxalq konfransı keçiriləcək
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlir. Tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə dekabrın 8-9-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
Nəsimi festivalı şairin doğma diyarı Şamaxıda davam edir
Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ikinci günü dahi şairin doğma yurdu Şamaxıda davam edir. Ilk dəfə olaraq Nəsimi Bağları Kompleksində keçirilən festival tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramla başlayıb.
Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeair, mənəviyyat və incəsənət festivalının təntənəli açılışı olub
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival "Əbədi həqiqət axtarışında" mövzusunda beynəlxalq forumla işinə başlayıb.
Türk mədəniyyəti və irsi fondunun təşəbbüsü ilə ICESCO-nun baş direktoru Türkistan vilayəti akim müavini və Türkistan şəhəri akimi ilə bir araya gəlib
21 Sentyabr, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru cənab Dr. Salim bin Məhəmməd əl-Malikin Türkistana səfər proqramı çərçivəsində Türkistan vilayəti Akiminin müavini Yertay Altayev və Türkistan şəhərinin akimi Azimbek Pazılbekoğlu ilə görüşü baş tutub. Görüş zamanı əsas diqqət mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Həmçinin, ICESCO ilə əlaqələrin daha da möhkəmləndirilməsi və Türkistan vilayətindəki abidələrin İslam dünyasının mədəni irs siyahılarına salınması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.