5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

5-11 dekabr tarixlərində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir

8 Dekabr 2025 23:16
İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

BAKI, AzerVoice, Orxan Qədirzadə

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir.

AzerVoice xəbər verir ki, dekabrın 8-də Bakı Konqres Mərkəzində festivalın rəsmi açılışından sonra panel sessiyalar təşkil olunub.

"İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların (CulTech) inkişafı" mövzusunda ilk panel ICESCO ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova açılış nitqi Mədəniyyət Nazirliyi tərəfindən son illərdə mədəniyyət və yaradıcı sənayelər sahəsində bir sıra diqqətəlayiq layihələr həyata keçirildiyini bildirib. Qeyd olunub ki, nazirlik tərəfindən ötən il Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) təsis olunub. Əsas məqsəd gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır.

Səadət Yusifova Mədəniyyət Nazirliyinin mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı barədə də məlumat verib.

Sonra panel İƏT Mədəniyyət işləri departamentinin direktoru Alhoucine Rhazouinin moderatorluğu ilə davam edib.

Türkiyənin Yunus Emrə İnstitutunun direktoru Əbdürrəhman Əli, ICESCO-nun Bakıdakı regional mərkəzinin nümayəndəsi Məryəm Qafarzadə, SESRİC qurumunun (Türkiyə) departament rəhbəri Atilla Kahraman və Özbəkistan Yaradıcı Mərkəzinin baş direktoru Abdulvali Haydarov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Paneldə yaradıcılıq, mədəniyyət və texnologiyanın inteqrasiyası üçün vahid modelin qurulması, İƏT-ə üzv ölkələrdə yaradıcı gəncləri bir araya gətirən hakatonların təşkili, yaradıcılıq layihələrinin kommersiyalaşdırılması üçün mentorluq, təlim və investor əlaqələrinin qurulması və digər mövzular üzrə müzakirələr aparılıb, bu sahədə əməkdaşlığın zəruriliyi vurğulanıb.

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub
Məqalədə: #Türkiyə #Heydər Əliyev Fondu #ICESCO #Bakı Konqres Mərkəzi #Panel #İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025 #Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi #İslam Əməkdaşlıq Təşkilatı (İƏT) #İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların (CulTech) inkişafı #Səadət Yusifova #Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) #Alhoucine Rhazouin #Məryəm Qafarzadə #SESRİC qurum #Atilla Kahraman #Özbəkistan Yaradıcı Mərkəzi #Abdulvali Haydarov

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.