11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Sosial əlaqə yox, onun qavranılması önəmlidir

Yeni elmi araşdırma yalnızlıq hissinin insan sağlamlığına təsirinin daha dərin olduğunu ortaya qoyur. Cornell University tədqiqatçılarının apardığı və JAMA Network Open jurnalında dərc olunan araşdırmaya əsasən, insanın özünü yalnız hiss etməsi, real sosial təcriddən daha ciddi sağlamlıq riskləri yaradır.

2 Aprel 2026 12:49
Sosial əlaqə yox, onun qavranılması önəmlidir

BAKI,VOA, Fərid Mikayılov

Cornell University tədqiqatçılarının apardığı və JAMA Network Open jurnalında dərc olunan araşdırmaya əsasən, insanın özünü yalnız hiss etməsi, real sosial təcriddən daha ciddi sağlamlıq riskləri yaradır.

Araşdırmada qeyd olunur ki, insanların həyatında neçə nəfərin olması deyil, həmin münasibətlərin necə qəbul edildiyi əsas rol oynayır. Eyni sosial şəraitdə olan şəxslər yalnızlıq hissinə görə fərqli sağlamlıq nəticələri ilə üzləşə bilər.

Tədqiqat müəlliflərindən, psixologiya professoru Anthony Ong bildirib ki, yalnızlıqla bağlı ənənəvi yanaşmalar əsasən sosial əlaqələrin artırılmasına yönəlsə də, bu, problemin tam həlli deyil.

Araşdırma çərçivəsində 50 yaşdan yuxarı minlərlə insanın uzunmüddətli məlumatları təhlil edilib və “sosial asimetriya” adlandırılan fenomen müəyyən edilib. Bu anlayış sosial təcrid ilə subyektiv yalnızlıq hissi arasındakı uyğunsuzluğu ifadə edir.

Nəticələr göstərib ki, özünü daha yalnız hiss edən şəxslərdə ürək-damar xəstəlikləri, xroniki ağciyər xəstəlikləri və ümumi ölüm riski daha yüksəkdir. Əksinə, sosial olaraq təcrid olunmasına baxmayaraq özünü yalnız hiss etməyən şəxslərdə risklər daha aşağı səviyyədə qeydə alınıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə insanların təxminən 16 faizi yalnızlıq problemi ilə üzləşir və bu, qlobal ictimai sağlamlıq məsələsi kimi qiymətləndirilir.

Bundan əlavə, digər elmi tədqiqatlar göstərir ki, xroniki yalnızlıq hissi insanın sosial münasibətləri təhlükə kimi qəbul etməsinə və zamanla daha çox təcrid olunmasına səbəb olur.

Məqalədə: #Elmi araşdırma #Bunu bilirsinizmi? #Sağlamlıq riskləri #Yalnız qalmaq #yalnızlıq hissi #Dünya Səhiyyə Təşkilatı

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
17:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.