Sosial əlaqə yox, onun qavranılması önəmlidir
Yeni elmi araşdırma yalnızlıq hissinin insan sağlamlığına təsirinin daha dərin olduğunu ortaya qoyur. Cornell University tədqiqatçılarının apardığı və JAMA Network Open jurnalında dərc olunan araşdırmaya əsasən, insanın özünü yalnız hiss etməsi, real sosial təcriddən daha ciddi sağlamlıq riskləri yaradır.
Xroniki yuxusuzluq beyni 3,5 il daha sürətli qocaldır
Neurology dərgisində dərc olunan yeni araşdırmaya görə, üç aydan çox müddətdə hər həftə ən azı üç dəfə yuxuya getməkdə çətinlik çəkən şəxslərdə demensiya və ya yüngül idrak pozğunluqlarının inkişaf riski normal yuxu rejiminə malik insanlara nisbətən 40 faiz daha yüksəkdir.
Əzələləri qoruyaraq arıqlamaq - mütəxəssis tövsiyələri
Braziliyanın Nove de Julho Xəstəxanasının idman həkimi Pablius Braqa və San Paulo Universitetinin endokrinoloqu Elaine Dias, arıqlama zamanı əzələ itkisinin qarşısını almaq üçün balanslaşdırılmış pəhriz və məşq strategiyalarının vacibliyini vurğulayıb. Dias, bədənin kalori çatışmazlığında əzələni “lüks” kimi görüb parçalaya biləcəyini, bunun maddələr mübadiləsini yavaşlatdığını və “yo-yo pəhriz” riskini artırdığını qeyd edib. X platformasında yayılan məlumatlar, əzələ qorunmasının uzunmüddətli sağlamlıq və fiziki dözümlülük üçün əhəmiyyətini dəstəkləyir.
Uşaqların çəkisində ananın genetik təsiri daha güclüdür
London Universitet Kollecinin tədqiqatçısı Liam Wright bildirib ki, bu təsir birbaşa ötürülən genlərlə yanaşı, hamiləlik dövründəki şərait və valideynlik vərdişləri kimi dolayı faktorlarla da əlaqəlidir. Araşdırmada 2600-dən çox britaniyalı ailənin 17 ilə qədər izlənilməsi nəticəsində məlum olub ki, həm ana, həm də atanın BKİ uşağın çəkisinə təsir edir. Lakin ataların təsiri əsasən birbaşa genetik ötürmələrlə məhdudlaşır, anaların təsiri isə həm genetik, həm də ətraf mühit amilləri ilə genişlənir.
Alimlərdən xəbərdarlıq: Uzun sürən kədər ölümlə nəticələnə bilər
Yeni elmi araşdırma göstərib ki, uzun müddət intensiv yas tutan şəxslər sevdiklərinin ölümündən sonrakı on il ərzində daha yüksək ölüm riski ilə üz-üzə qalır.
Səhiyyə xərclərinin səmərəliliyi azalır
Zəngin ölkələr hər il səhiyyə sahəsinə trilyonlarla avro xərcləsə də, bu vəsaitin əhaliyə nə dərəcədə fayda gətirdiyi sual altındadır.
ABŞ prezidentinin sağlamlıq vəziyyəti ictimaiyyətə açıqlanıb
ABŞ prezidenti Donald Trampın sağlamlıq vəziyyəti ilə bağlı yayılan fərziyyələrə Ağ Evdən rəsmi açıqlama verilib.
Çinli alimlər Parkinson xəstəliyinin erkən diaqnozu üçün yeni üsul təqdim etdilər
Çin Elmlər Akademiyasının alimləri Parkinson xəstəliyinin daha erkən mərhələdə müəyyən olunmasına imkan verəcək yeni elmi araşdırma ilə çıxış ediblər.
Şüşə butulkalarda mikroplastik miqdarı narahatedici səviyyədədir
Şüşə butulkalarda mikroplastik miqdarı düşündüyümüzdən daha çox ola bilər.