11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Şüşə butulkalarda mikroplastik miqdarı narahatedici səviyyədədir

Şüşə butulkalarda mikroplastik miqdarı düşündüyümüzdən daha çox ola bilər.

29 İyun 2025 16:00
Şüşə butulkalarda mikroplastik miqdarı narahatedici səviyyədədir

BAKI, AzerVoice

Şüşə butulkalarda mikroplastik miqdarı düşündüyümüzdən daha çox ola bilər.

AzerVoice xəbər verir ki, Fransanın Qida Təhlükəsizliyi Agentliyinin (ANSES) yeni araşdırmasına görə, şüşə butulkalarda satılan içkilərdə mikroplastik miqdarı plastik və metal qutularda olanlardan qat-qat yüksəkdir.

Journal of Food Composition and Analysis jurnalında dərc edilən araşdırmada göstərilir ki, şüşə butulkalarda litrə orta hesabla 100 mikroplastik hissəcik düşür. Bu isə digər qablaşdırmalardan 5-50 dəfə çoxdur. Mütəxəssislər bildirirlər ki, mikroplastiklərin əsas mənbəyi butulkanın özü deyil, onun qapaqlarındakı boya və plastik qatdır. Daşınma və saxlanma zamanı bu hissəciklər maye ilə qarışaraq çirklənməyə səbəb olur.

Alimlər bildirirlər ki, mikroplastiklər insan bədəninə hava, su və qida vasitəsilə daxil ola bilər və onların insult, hormonal pozğunluqlar, hətta bəzi xərçəng növləri ilə əlaqəsi ola bilər. Lakin bu araşdırma birbaşa sağlamlıq təsirini sübut etməsə də, şüşə butulkaların zərərsiz olduğuna dair fikirə ciddi sual işarəsi qoyur.

Mütəxəssislər istehsalçılara təklif edirlər ki, butulka qapaqları istifadədən əvvəl üfləmə və ya su-spirt məhlulu ilə təmizlənsin. Bu yolla mikroplastik çirklənməsi üçdə birə qədər azaldıla bilər.

Qeyd edək ki, bu tapıntılar şüşə qablaşdırmaların “ən təmiz” alternativ olduğuna dair ictimai qənaətin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

Məqalədə: #sağlamlıq #Elmi araşdırma #mikroplastiklər #Bunu bilirsinizmi? #sağlamlıq təhlükələri #Sağlamlıq riskləri #mikroplastik çirklənmə

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.