7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər

Azərbaycan Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformunun Baş katibi Azer Allahveranov TÜMER heyətini qəbul edib. Görüşdə Türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Türk dünyasında həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub.

16 Aprel 2026 10:55
TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyəni təmsil edən TÜMER nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformu çərçivəsində Azərbaycana səfər edib.

VOA xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformunun Baş katibi Azer Allahveranov TÜMER heyətini qəbul edib.

Görüşdə Türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Türk dünyasında həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub.

Çıxışı zamanı Azər Allahveranov vurğulayıb ki, müasir dövrdə Türk dövlətlərində fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlığın dərinləşdirilməsi ümumi birlik və həmrəyliyə mühüm töhfə verir.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu TÜMER ilə gələcəkdə daha sıx əməkdaşlıq edəcəklərini, birgə layihələrin icrasını və Türk dünyasının ortaq dəyərlərinin təbliğini davam etdirəcəklərini bildirib.

TÜMER-in xarici əlaqələr üzrə koordinatoru Oktay Hacımusalı qurumun beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, Azərbaycan təşkilatları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

TÜMER-in rəhbəri Onur Beyhan isə Azərbaycana səfərdən məmnunluğunu ifadə edərək bildirib ki, keçirilən görüşlər gələcəkdə Türk dünyası ilə bağlı mühüm addımlar və birgə fəaliyyətlər üçün möhkəm zəmin yaradır. Onun sözlərinə görə, tərəflər bundan sonra da eyni iradə və qətiyyətlə əməkdaşlığı davam etdirəcək.

Görüş qarşılıqlı məlumat mübadiləsinin artırılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə olunması ilə başa çatıb. Sonda iştirakçılar xatirə fotosu çəkdiriblər.

TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər
Məqalədə: #Türk Dövlətləri Təşkilatı #Beynəlxalq əməkdaşlıq #QHT əməkdaşlığı #Azərbaycan Türkiyə münasibətləri #Türk dünyası birlik #ictimai təşkilatlar əlaqə #regional inteqrasiya #TÜMER Azərbaycan səfəri və QHT əməkdaşlığı #Türk Dövlətləri Təşkilatı QHT platforması görüşü #Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlıq #Türk dünyasında qeyri-hökumət təşkilatlarının rolu #TÜMER və Azərbaycan təşkilatları arasında layihələr #Bakıda keçirilən Türk dünyası görüşünün nəticələri

Mövzu üzrə digər xəbərlər

İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir
Digər Xəbərlər

İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

3 Sentyabr 13:50
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət

Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

21 Avqust 19:45
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır
Türk Dövlətləri

Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

20 Avqust 11:40
Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb
Siyasət

Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb

22 İyul 20:00

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.