9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərində “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans öz işinə başlayıb.

4 İyun 2026 16:37
Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib

BAKI,VOA Orxan Qədirzadə

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərində “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans öz işinə başlayıb.

Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Şəki şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizdəki tolerantlıq mühitindən bəhs edən videoçarx nümayiş etdirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası xalqımızın birliyinin, dövlətçilik ənənələrinin, o cümlədən milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində müstəsna rol oynayır. O qeyd edib ki, bu ideologiya Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşdirilməsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə tolerantlıq mühitinin və vətəndaş həmrəyliyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, xalqımızın tarixi inkişaf yolunda formalaşan milli birlik, dövlətçilik və vətənpərvərlik ideyaları bu gün Azərbaycançılıq məfkurəsində öz dolğun ifadəsini tapır. Azərbaycançılıq etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları vahid dövlət maraqları ətrafında birləşdirən əsas ideoloji platformadır. Komitə sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi və ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilir. Dövlət Komitəsinin sədri Azərbaycanda dini etiqad azadlığının təmin olunması, dini icmaların fəaliyyətinə yaradılan şərait və tarixi-dini abidələrin bərpasının dövlətin bu sahəyə verdiyi önəmin göstəricisi olduğunu deyib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun zəngin dini-mədəni irsin qorunması və bərpası istiqamətində həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, tolerantlıq, qarşılıqlı hörmət və həmrəyliyin Azərbaycan cəmiyyətinin əsas dəyərlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, bu dəyərlər Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi birlik və dövlətə sədaqətdə öz parlaq ifadəsini tapıb. Ramin Məmmədov dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının və qarşılıqlı hörmət mühitinin Azərbaycançılıq məfkurəsinin uğurlu təcəssümü olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev azərbaycançılıq ideologiyasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından etibarən formalaşaraq bir əsrdən artıq müddətdə xalqımızın milli kimliyinin, birliyinin və dövlətçilik ənənələrinin əsas dayaqlarından birinə çevrildiyini vurğulayıb. O bildirib ki, müxtəlif tarixi sınaqlara baxmayaraq, bu ideologiya xalqın yaddaşında qorunub saxlanılıb, müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində mühüm rol oynayıb. Deputat, eyni zamanda belə tədbirlərin cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının daha geniş təbliği və gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində tolerantlıq və multikulturalizm dəyərləri daha da möhkəmlənib, ölkəmiz bu sahədə beynəlxalq miqyasda nümunə kimi tanınır. Deputat konfrans çərçivəsində müzakirə olunacaq mövzuların milli-mənəvi dəyərlərin qorunmasına və dövlət-din münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini də ifadə edib.

Tədbir işini “Azərbaycançılıq məfkurəsi: milli birliyin əsası kimi” və “Ənənə, din və milli kimlik” mövzuları üzrə panel müzakirələrlə davam etdirir.

Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib
Məqalədə: #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Şəki #Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər #regional konfrans #Elxan Usubov

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57

Son Xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.