7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb

27 Dekabr 2023 05:36
Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb

Bakı. AzerPress:

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı dekabrın 26-da qala mərasimi təşkil edib. AzerPress xəbər verir ki, tədbirə dövlət və hökumət rəsmiləri, federasiyaların rəhbərləri, titullu idmançılar və media nümayəndələri qatılıblar.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan üçün bir sıra vacib hadisələrlə yadda qaldığını bildirib. Bu il ölkəmizin suverenliyinin tam təmin olunduğunu vurğulayan nazir Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə “Qarabağ” və MOİK komandaları arasında keçirilmiş oyunu ən uğurlu idman tədbiri adlandırıb. Azərbaycanın bu il də nüfuzlu yarışlara ev sahibliyi etdiyini söyləyən Fərid Qayıbov idmançıların beynəlxalq turnirlərdən çoxlu medallarla qayıtdıqlarını və doqquz Olimpiya lisenziyası qazanıldığını diqqətə çatdırıb. Bu münasibətlə idman ictimaiyyətini təbrik edən nazir qarşıdakı Olimpiya ilində bütün idmançılara uğurlar arzulayıb.Ümummilli Lider Heydər Əliyevlə bağlı videoçarxın nümayiş olunmasından sonra 19 nominasiya üzrə qaliblərin adları açıqlanıb.İlin ən yaxşı qadın idmançısı1. Zöhrə Ağamirova (bədii gimnast)2. Gövhər Beydullayeva (şahmat)3. İrina Zaretska (karate)İlin ən yaxşı kişi idmançısı1. Hidayət Heydərov (cüdo)2. Mixail Malkin (idman gimnastikası)3. Həsrət Cəfərov (yunan-Roma güləşi)İlin ən yaxşı qadın komandası1. Bədii gimnastika üzrə milli komanda2. Şahmat üzrə yığma3. "Neftçi" basketbol klubuİlin ən yaxşı kişi komandası1. "Qarabağ" futbol klubu2. Yunan-Roma güləşi üzrə yığma3. Tamblinq üzrə milli komandaİlin ən yaxşı məşqçisi1. Qurban Qurbanov ("Qarabağ")2. Siyana Vasileva (bədii gimnastika)3. Rüstəm Alimli (cüdo)İlin ən yaxşı hakimi1. Nazim Umbayev (cüdo)2. Sədi Quliyev (güləş)3. Asif Şirəliyev (güləş)İlin ən yaxşı tibbi personalı1. Ramin Vəliyev (cüdo)2. Zaur Abdullayev (boks)3. Milli İdman Tibb və Reabilitasiya İnstitutuİlin ən yaxşı idman federasiyası1. Azərbaycan Gimnastika Federasiyası2. Azərbaycan Cüdo Federasiyası3. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasıİlin ən yaxşı idman klubu1. “Ocaq Sport” gimnastika klubu2. "Sabah" basketbol klubu3. "Qarabağ" futbol klubuİlin ən yaxşı Olimpiya İdman Kompleksi1. Quba Olimpiya İdman Kompleksi2. Şəki Olimpiya İdman Kompleksi3. Sumqayıt Olimpiya İdman Kompleksiİlin ən yaxşı idman qurğusu1. Kür Olimpiya Tədris-İdman Mərkəzi2. Milli Gimnastika Arenası3. Bakı Su İdman Sarayıİlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi1. Şuşa Uşaq-Gənclər İdman Məktəbi2. "Ulduz" Futbol Akademiyası3. Su idman növləri üzrə yüksək idman ustalığı məktəbiİlin ədalətli oyun (fair-play) mükafatçısı1. Qurban Qurbanov ("Qarabağ" futbol klubu)2. Azərbaycan Badminton Federasiyası2. Fariz Hüseynov (cüdo)İlin ən yaxşı idman tədbiri1. Atıcılıq üzrə dünya çempionatı2. "Prezident Kuboku 2023" kanoe və avarçəkmə üzrə beynəlxalq reqata3. Taekvondo üzrə dünya çempionatıİlin idman kəşfi1. Heydər Əliyev adına İdman Konsert Kompleksinin buz meydançası2. Xədicə Qədeşova (cüdo)3. Nicat Abbasov (şahmat)İlin ən fəal idman jurnalisti1. Zəki Feyzullayev (İdman.biz)2. Gəray Qiyasov (Real TV)3. Kənan Hakimov (İctimai Televiziya)İlin ən yaxşı idman fotoqrafı1. Dilavər Nəcəfov (Gənclər və İdman Nazirliyi)2. Rüfət Abdullayev (İdman.biz)3. Zaur Mustafayev (Trend.az)İlin ən yaxşı idman filmi1. "Stadionlar səssiz olanda"2. "Qızlara ağ yaraşır!"3. "Mübariz"İlin ən yaxşı idman media qurumu1. "CBC Sport"2. İdman TV3. İdman.bizSonda ilin ən yaxşı 10 idmançısının adları elan olunub:1. Zöhrə Ağamirova (bədii gimnast)2. Bədii gimnastika üzrə qrup komandası3. Zelim Kotsoyev (cüdo)4. Nikita Simonov (idman gimnastikası)5. Stend atıcılığı (qarışıq komanda)6. Hidayət Heydərov (cüdo)7. Gültac Məmmədəliyeva (cüdo)8. Leyla Əliyeva (cüdo)9. Yaşar Nəcəfov (cüdo)10. Ruslan Lunyov (güllə atıcılığı).Tədbir bədii hissə ilə davam edib

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
Məqalədə: #Gənclər və İdman Nazirliyi

Mövzu üzrə digər xəbərlər

“Növbəti Stansiya Gənclik – Şimal” layihəsi yekunlaşdı
Cəmiyyət

“Növbəti Stansiya Gənclik – Şimal” layihəsi yekunlaşdı

25 Fevral 10:44
Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar
Cəmiyyət

Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

13 Fevral 16:41
Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir
Cəmiyyət

Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir

3 Fevral 11:57
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilin idman yekunları ilə bağlı qala mərasimində iştirak ediblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilin idman yekunları ilə bağlı qala mərasimində iştirak ediblər

24 Dekabr 2025 00:57

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.