8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurub

30 Dekabr 2023 23:39
“Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurub

Bakı. AzerPress:

Klubun idmançıları il ərzində iştirak etdikləri yarışlarda ümumilikdə 997 medal əldə ediblər.

AzerPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün Azərbaycan idmanı yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan idmançılarının nüfuzlu beynəlxalq idman yarışlarında qazandıqları nailiyyətlər, həmçinin dünya miqyaslı mötəbər tədbirlərin respublikamızda uğurla keçirilməsi bunun bariz göstəricisidir.

“Neftçi” İdman Klubu bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir və 2023-cü ildə də öz işini uğurla davam etdirib.

Yola saldığımız ildə “Neftçi” İdman Klubunun istifadəsində olan dörd idman qurğusunda: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, Qaradağ Təlim-İdman Bazası, Məşəl İdman Kompleksi və Sumqayıt Təlim-İdman Zalında idmanın 26 növü üzrə bölmələrdə 105 peşəkar məşqçi-müəllimin rəhbərliyi ilə 2000-dən çox yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

2023-cü ildə “Neftçi” İdman Klubu tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol, qadınlar və kişilər arasında voleybol, səmti müəyyənetmə, üzgüçülük, stolüstü tennis turnirləri təşkil olunub. Bundan əlavə, 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dama, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» turizm, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri keçirilib ki, bu yarışlarda yüzlərlə neftçi iştirak edib.

2023-cü il ərzində klubun təmsilçiləri yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda, digər idman klubları və mərkəzlərinin açıq birinciliklərində yüksək nəticələr əldə ediblər. Ümumilikdə bu yarışlarda 997 medala sahib olan idmançılarımızın 347-si qızıl, 277-si gümüş, 373-ü isə bürünc medala layiq görülüb.

2023-cü ildə ən böyük uğura klubun güləşçiləri və cüdoçuları imza atıblar, dünya və Avropa çempionatlarında böyük əzmkarlıq göstərərək tarixi nailiyyətlər qazanıblar.

“Neftçi” İdman Klubunun üzvləri, həmçinin boks, muay-tay, karate, güllə atıcılığı, şahmat, ağırlıqqaldırma yarışlarında yüksək nəticələrə imza atıblar. İl ərzində paralimpiyaçılarımız da üzgüçülük, cüdo, para güllə atıcılığı, parataekvondo yarışlarında uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2023-cü ilin idman yekunlarına həsr olunmuş "İlin idman yekunları" adlı tədbirdə klubun idmançıları müxtəlif nominasiyalar üzrə ilin qalibləri elan ediliblər.

“Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurub “Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurub “Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurub “Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurub “Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurub
Məqalədə: #Neftçi İdman Klubu

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.