7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Namazda Azərbaycan dilində dua etmək olarmı?

Bəs namaz zamanı, xüsusilə səcdədə, Azərbaycan dilində dua etmək caizdirmi?

22 May 2025 09:53
Namazda Azərbaycan dilində dua etmək olarmı?

BAKI,AzerVoice

Namaz – İslamın beş əsas rüknündən biri olub, Allahın əmrinə itaət, mənəvi paklıq və savab qazanmaq vasitəsidir. Namaz müəyyən hərəkətlər, dualar, Qurandan ayələr və zikrlərlə, vaxtı və qaydası üzrə icra edilir. Bu ibadətin ərəb dilində edilməsi vacib hesab olunur. Bəs namaz zamanı, xüsusilə səcdədə, Azərbaycan dilində dua etmək caizdirmi?

Bu sualın cavabı İslam məzhəblərinə görə müxtəlifdir. Aşağıda bu məsələ ilə bağlı məzhəblərin əsas görüşləri təqdim olunur.

Hənəfi məzhəbi: Təhrimən məkruh və ya batil

Hənəfi məzhəbinə görə, namazda ərəb dilindən başqa dildə dua etmək “təhrimən məkruh” sayılır, yəni harama yaxın dərəcədə məkruhdur. Əgər dua insanların danışıq tərzinə oxşayırsa (məsələn, "Allahım, mənə ev ver", "filan qızla evləndir") və dünyəvi məqsədlər daşıyırsa, bu, namazı batil edir – istər ərəb dilində, istərsə də başqa dildə.

Fəqihlər bildirirlər ki, namazda yalnız Qurani-Kərimdəki dualar və ya onlara bənzər dualar caizdir. Peyğəmbərin (s.ə.s) hədisində deyilir:

“Namazda insanların sözlərindən bir şey söyləmək doğru olmaz. O, yalnız təsbih, təkbir və Quran oxumaqdan ibarətdir.” (Müslim)

Hənəfi alimlərindən İbn Abidin qeyd edir ki, ərəb dilində dua edə bilməyən şəxs şəriətə uyğun duaları öz dilində edə bilər. Amma ərəb dilini bilən şəxs üçün qeyri-ərəb dilində dua etmək namaz içərisində caiz deyil.


Maliki məzhəbi: Ərəb dilində bacaranlar üçün qeyri-ərəb dili məkruhdur

Maliki məzhəbinə görə, ərəb dilində dua edə bilən şəxsin namazda başqa dildə dua etməsi məkruh, yəni bəyənilməyən hesab olunur. Lakin ərəb dilini bilməyənlər üçün öz dilində dua etməyə icazə verilir. Bunu sübut edən hədisdə Peyğəmbər (s.ə.s) buyurur:

“Qulun Rəbbinə ən yaxın olduğu hal səcdə halıdır. Ona görə səcdədə çoxlu dua edin.” (Müslim)

Hədisdə duanın dili göstərilmədiyi üçün, "çətinlik asanlığı doğurar" fiqh qaydasına əsaslanaraq, ərəb dilini bilməyən şəxslərin öz dilində dua etməsi caiz sayılır.

Şafii məzhəbi: Şərtlərlə caiz

Şafii məzhəbində məsələyə daha detallı yanaşılır. Əgər dua məsur, yəni Peyğəmbərdən (s.ə.s) və səhabələrdən gələn dua formasındadırsa və şəxs ərəb dilində dua etməyə qadir deyilsə, bu duanı öz dilində etməsi icazəlidir.

Lakin dua məsur deyilsə, yəni insan onu öz düşüncəsi ilə formalaşdırıbsa, bu zaman qeyri-ərəb dilində dua etmək namazı batil edir, hətta ərəb dilini bilməsə belə.

Hənbəli məzhəbi: Axirətə yönəlmiş dualar üçün icazə

Hənbəli məzhəbinə görə, axirətə aid olan və Allahla yaxınlaşma məqsədi daşıyan dualar, məsələn, bağışlanma istəyi, günahdan qorunma, ruzi arzusu və s. icazəlidir. Bu dualar ərəb dilində edilməsə belə, namazı batil etmir.

Lakin yalnız dünyəvi arzulara yönələn dualar, məsələn, “mənə çoxlu pul ver”, “filan evdə yaşamaq istəyirəm” və s. – bu qəbildən olan dualar istər ərəb, istər qeyri-ərəb dilində olsa belə namazı batil edir.

Hənbəli alimlərindən İbn Qudamə yazır:

“Namazda dünyəvi ləzzət və arzularla edilən dualar caiz deyil. Məsələn, 'Allahım, mənə gözəl qadın, geniş ev, yaxşı yemək ver' kimi dualar namazı pozur.”

Nəticə etibarı ilə, namazda Azərbaycan dilində dua etməyə dair yanaşmalar məzhəblərə görə dəyişir:

  • Hənəfi: Dünyəvi arzularla dua etmək batildir; axirət yönümlü dualar yalnız ərəb dilində edilməlidir. Ərəb dilini bilməyənlər şəriətə uyğun duaları öz dillərində edə bilər.
  • Maliki: Ərəb dili bilməyənlər üçün qeyri-ərəb dili caizdir.
  • Şafii: Yalnız məsur dua və ərəb dili bilməmək şərtilə öz dilində dua etmək olar.
  • Hənbəli: Axirətə dair dualar öz dilində caizdir; dünyəvi arzularla edilən dualar batildir.
Məqalədə: #Sual-cavab #namaz vaxtı #namazgah məscidi #Cənazə namazı #təravih namazı #Namazda öz dilində dua etmək #Səcdədə dua hansı dildə olmalıdır #Namazda dua etmək düzgündürmü #Namazda dua hansı dildə edilir #Namazda ərəb dilindən başqa dildə dua #Hənəfi məzhəbində dua qaydaları #Şafii məzhəbində dua hökmü #Namazda öz dilində istək demək

Mövzu üzrə digər xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

6 Sentyabr 18:00
Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.