12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Adəmoğulları arasında bütpərəstlik nə vaxt və necə başladı?

Adəmdən (ə.s.) sonra peyğəmbər onun oğlu Şis (ə.s.) idi. Şisin övladları əvvəllər Adəmin Nevz və ya Bevz dağındakı mağarada yerləşən cəsədini ziyarət edir, ona hörmət göstərir və onun üçün Allahdan rəhmət diləyirdilər.

5 Oktyabr 2025 20:20
Adəmoğulları arasında bütpərəstlik nə vaxt və necə başladı?

BAKI,AzerVoice

“Adəmoğulları arasında bütpərəstlik nə vaxt və necə başladı?” sualı bu gün bir çoxlarını düşündürür.Bəzi rəvayətlərə görə, məsələ ilə bağlı məlumatlar qısaca belədir:

Qabil qardaşı Habili öldürdükdən sonra atası Adəmdən (ə.s.) qorxaraq Yəmənə qaçdı.

Rəvayət olunur ki, şeytan ona: “Habilin qurbanı od tərəfindən yandırıldığı və qəbul olunduğu üçün onun ibadəti oda idi. Sən də eynisini et!”-dedi.

Bunun üzərinə Qabil bir “od evi” inşa edib içərisində od yandırdı və ona sitayiş etməyə başladı.

Büt anlayışı və mənşəyi

Əgər büt ağacdan, qızıldan və ya gümüşdən insan şəklində düzəldilərsə, ona sanəm; daşdan düzəldilərsə, vəsən deyilər.

Adəmdən (ə.s.) sonra peyğəmbər onun oğlu Şis (ə.s.) idi. Şisin övladları əvvəllər Adəmin Nevz və ya Bevz dağındakı mağarada yerləşən cəsədini ziyarət edir, ona hörmət göstərir və onun üçün Allahdan rəhmət diləyirdilər.

Qabil nəslindən bir nəfər: “Ey Qabil övladları! Şisin övladları Adəmin cəsədinin ətrafında dönür, ona hörmət göstərirlər. Amma sizin belə bir şeyiniz yoxdur!”-dedi.

Bu adam onların da eyni şəkildə ibadət edə bilməsi üçün bir büt yondu. Beləcə tarixdə ilk büt düzəldən insan o oldu.

Vədd, Süva, Yağus, Yauk və Nəsr bütləri

Qurani-Kərimdə adı çəkilən bu beş büt (Vədd, Süva, Yağus, Yauk, Nəsr) bəzi rəvayətlərə görə Adəmin oğulları və ya nəvələri idi. Onlar saleh, əməlisaleh insanlar idilər. Xalq onların yolunu izləyirdi.

Rəvayət olunur ki, Süva Şis peyğəmbərin oğlu, Yağus, Yauk və Nəsr isə Süvanın oğulları idi.

Onlar vəfat etdikdən sonra ətrafındakı insanlar: “Kaş onların surətlərini düzəldə bilən biri olsaydı, biz də onları xatırladıqca ibadətə daha çox həvəs göstərərdik.”-dedilər.

Onların yaxınları çox ağladı. Qabil nəslindən bir adam:“Ey xalqım! Mən can verə bilmərəm, amma sizə onların surətlərinə bənzər beş büt yonub düzəldə bilərəm.”-dedi.

Xalq razılaşdı və bu adam Vədd, Süva, Yağus, Yauk və Nəsr adları ilə beş büt düzəldib dikdi.

Bu bütlərin adlarını daşıyanların qohumları, əmiləri və nəvələri bu bütlərin ətrafında dövrə vurur və onlara hörmət edirdilər. Beləcə həmin dövr belə keçdi.

Bütpərəstliyin yayılması

Zaman keçdikcə bəzi insanlar dinlərindən döndülər.

İkinci əsrə gəldikdə bu bütlərə əvvəlkindən daha artıq hörmət göstərilməyə başlandı.

Üçüncü əsrdə isə insanlar:“Bizdən əvvəlkilərin bu bütlərə hörmət etməsi, onların Allah yanında bizə şəfaət etməsini ümid etdikləri üçündür.”- dedilər.

Və bu düşüncə ilə bütlərə sitayiş etməyə başladılar.

Bunun üzərinə Allah-Taala onlara İdris peyğəmbəri (ə.s.) göndərdi.

İdris (ə.s.) onları bütlərə tapınmaqdan çəkindirib yalnız Allaha ibadətə çağırdı.

Lakin insanlar onu yalanladılar. Allah isə onu yüksək bir məqama qaldırdı.

Bütpərəstlik Nuh peyğəmbərin (ə.s.) dövrünə qədər daha da artdı.

Allah-Taala Nuhu (ə.s.) peyğəmbər olaraq göndərdi. Nuh uzun müddət insanları yalnız Allaha ibadətə dəvət etdi, lakin onlar tabe olmadılar və onu yalanladılar.

Nuh (ə.s.) aciz qalıb Allahdan özünü və möminləri qurtarmasını dilədi.

Allah onların üzərinə tufan göndərdi və hamısı suda boğuldu.

Tufan suları Nevz və ya Bevz dağından həmin beş bütü də sürüyüb aşağı apardı.

Suların güclü axını onları ölkədən ölkəyə sürüklədi və sonda Ciddə torpağında saxladı.Sonra sular çəkildi və küləklər bu bütlərin üzərini torpaqla örtdü.

Beləcə, bütpərəstliyin başlanğıcı insanlığın ilk nəsillərinə - Qabil və onun nəslinə qədər uzanır və zamanla saleh insanlara hörmətin ilahi sərhədləri aşaraq, ibadət halına çevrilməsi ilə bütpərəstlik doğuldu.

Məqalədə: #Sual-cavab #Yəmən #Yuxuda şeytan görmək necə yozulur? #Şeytanın cinsiyyəti #Cinlər və şeytanlar #Adəmoğulları #bütpərəstlik nə vaxt və necə başladı? #bütpərəstlik #Qabil qardaşı Habili öldürdükdən sonra #Qabil #Habil #Adəm #Nevz #Bevz #Vədd #Süva #Yağus #Nəsr #Lat #Uzza #İdris peyğəmbər

Mövzu üzrə digər xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
İslam və həyat: Şəriət sualları

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?

10 Sentyabr 00:21
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

6 Sentyabr 18:00
Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.