13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

Qadının məhrəmləri yanında örtünmə qaydaları: fiqhi məzhəblərinin izahı

İslam fiqhində həm kişilər, həm də qadınlar üçün bədənin müəyyən hissələrinin örtülməsi dini və ictimai dəyər sayılır. Quran ayəsinə görə geyim həm ayıb yerlərin örtülməsi, həm də təqvanın təcəssümü kimi təqdim edilir. Geyim təbii bir ehtiyac olmaqla yanaşı, cəmiyyətdə əxlaqi nizamın qorunmasına da xidmət edir.

19 Noyabr 2025 14:05
Qadının məhrəmləri yanında örtünmə qaydaları: fiqhi məzhəblərinin izahı

BAKI,AzerVoice

İslam fiqhində həm kişilər, həm də qadınlar üçün bədənin müəyyən hissələrinin örtülməsi dini və ictimai dəyər sayılır. Quran ayəsinə görə geyim həm ayıb yerlərin örtülməsi, həm də təqvanın təcəssümü kimi təqdim edilir. Geyim təbii bir ehtiyac olmaqla yanaşı, cəmiyyətdə əxlaqi nizamın qorunmasına da xidmət edir.

İslam hüququ qadının örtünmə qaydalarını müəyyən edərkən yaş, cins, ictimai münasibət, naməhrəm–məhrəm fərqini və fitnə ehtimalını nəzərə alır. Əksər məzhəblərə görə qadın naməhrəm kişilər qarşısında əl və üz istisna olmaqla bədəninin bütün hissələrini örtməlidir. Hənbəli alimləri isə əl və üzü də örtülməli sayır.

Naməhrəm dedikdə, qadına qan, süd və ya nikah səbiəbilə əbədi haram olmayan və həddi-büluğa çatmış kişilər nəzərdə tutulur. Həmçinin təmyiz yaşına çatmış, qadının bədənini dərk edə bilən oğlan uşaqları da naməhrəm hökmündədir.

Məhrəm qohumlar — ata, qardaş, baba, oğul və digər ailə üzvləri yanında örtüləcək nahiyə məzhəblərə görə fərqlənir. Hənəfi alimlərinə görə, qadının məhrəm yanında örtməli olduğu əsas nahiyə göbək ilə diz arasıdır. Boyun, qollar və baldırların görünməsi günah sayılmasa da, əxlaqi baxımdan ehtiyatlı davranılması tövsiyə edilir. Maliki alimləri isə üz, əllər və ayaqlar xaric bədənin tamamının örtülməsinin vacib olduğunu bildirirlər. Şafii alimlərinə görə göbək-diz arası örtülməlidir, lakin fitnə ehtimalı varsa daha geniş örtünmə tələb olunur. Hənbəli alimləri baş və qolların açıq olmasını caiz saysalar da, göbək–diz arası örtülü qalmalıdır.

Qadınların qadınlar arasında örtünməsi məsələsində yanaşma daha mülayimdir. Əksər alimlərə görə müsəlman qadınların müsəlman qadınlar yanında göbək–diz arası örtməsi kifayətdir. Qeyri-müsəlman qadınlar yanında isə Maliki və Hənəfi alimləri ehtiyatlı olmağı və hicablı qalmağı tövsiyə edirlər. Bunun səbəbi qeyri-müsəlman qadınların yaxınlıq dairəsindəki kişilərə qadının bədənini vəsf edərək fitnə doğurması ehtimalıdır.

Fıqh alimləri bildirirlər ki, “örtülməsi vacib olmayan yer” ifadəsi həmin nahiyələrin açıq gəzməsinin təşviqi deyil. Məqsəd ev şəraitində və ailə mühitində müəyyən nahiyələrin təsadüfən açılmasının günah sayılmamasıdır. Lakin hər bir halda ədəb, həya və fitnədən qorunma əsas prinsipdir.

Qadının örtülməsi vacib olmayan nahiyələrinə baxmaq şəhvət ehtimalı olduqda kişi üçün haram olur. Bu halda kişinin gözünü qoruması vacibdir. Eyni şəkildə, qadın da açıq nahiyələrin diqqət çəkməsi və fitnəyə səbəb olması ehtimalını nəzərə almalıdır.

Fiqh kitablarında “caiz deyil” ifadəsi bəzi hallarda “haramdır”, bəzi hallarda isə “məkruhdur” mənasında işlədilir. Bu səbəbdən hökmün dərəcəsi mətnin kontekstinə görə müəyyən edilə bilər.

Sonda nəticə olaraq qeyd edilir ki, bütün məzhəblərin ittifaqı ilə qadının göbək–diz arası nahiyəsini — ərindən başqa — hər kəsə göstərməsi haramdır. Digər bədən hissələrinin hökmü isə məzhəblər üzrə fərqlənir. Hər bir qadın təqlid etdiyi məzhəbin hökmünə uyğun davranmaqla yanaşı, həya və ədəb prinsiplərini qorumağa borcludur. Məhrəm kişilər də dinin açılmasına icazə vermədiyi nahiyələrə baxmamalıdır.

Məqalədə: #Sual-cavab #Qadın örtünməsi #islamda hicab #islam hüququnda geyim #İslam fiqhində qadının məhrəmlər yanında örtünmə qaydaları #Alimlər: qadının naməhrəm qarşısında örtünməsi fərzdir #Fiqq məzhəbləri qadın örtünməsi məsələsində necə fərqlənir? #Qadının evdə və cəmiyyətdə necə örtünməli olduğu fiqhə görə izah edildi #Məhrəm və naməhrəm fərqi: İslam hüququnda bədən sərhədləri #Örtünmə yalnız dini deyil #sosial məsuliyyətdir #İslam fiqhində qadının bədən sərhədləri: hansı yerlər örtülməlidir? #Naməhrəmlər qarşısında hicabın hökmü nədir? #Qadın–qadın münasibətində örtük qaydaları

Mövzu üzrə digər xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
İslam və həyat: Şəriət sualları

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?

10 Sentyabr 00:21
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

6 Sentyabr 18:00
Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00

Son Xəbərlər

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.