4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Şaraa Səudiyyədə Trampla görüşə bilər

13 May 2025 19:15
Şaraa Səudiyyədə Trampla görüşə bilər

BAKI, AzerVoice

Suriya prezidenti Əhməd Əl-Şaraa sabah Səudiyyə Ərəbistanına edəcəyi səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşə bilər.

AzerVoice xəbər verir ki, bu barədə "The National" qəzeti məlumat yayıb.

Məlumata görə, görüşün Fars Körfəzi Əməkdaşlıq Şurasının (GCC) sammiti çərçivəsində baş tutacağı bildirilir.

Suriya Xarici İşlər Nazirliyindən bir mənbənin sözlərinə görə, Ər-Riyad Tramp və Şaraa arasında 45 dəqiqəlik görüş keçirməyi təklif edib. Mənbə iddia edir ki, Tramp Dəməşqdəki yeni administrasiya rəhbərini dinləməyə razılaşıb, lakin ABŞ tərəfi bu görüşü hələlik rəsmi şəkildə təsdiqləməyib.

Suriyalı digər siyasi mənbə bildirib ki, Ər-Riyad Dəməşq və Vaşinqton arasında vasitəçilik missiyasını öz üzərinə götürüb. Onun sözlərinə görə, əgər görüş baş tutarsa, nəticəsi əsasən Səudiyyə Ərəbistanının mövqeyindən asılı olacaq. Görüşün əsas mövzusu ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyalarının ləğvi olacaq.

Qeyd edək ki, dünən Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Suriya məsələsində, o cümlədən sanksiyaların aradan qaldırılması istiqamətində işləməyə hazır olduğunu bildirib. Tramp qeyd edib ki, ABŞ administrasiyası suriyalılara təmiz səhifədən başlamaq imkanı vermək istəyir.

Eyni zamanda, Tramp vəzifəyə başladıqdan sonra ilk dövlət səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gəlib. ABŞ ilə GCC arasında birgə sammitin sabah Ər-Riyadda keçirilməsi gözlənilir.

Xatırladaq ki, 2019-cu ildə Donald Tramp "Sezar Qanunu"nu imzalamışdı. Bu qanun ABŞ administrasiyasına Suriya hökumətinə birbaşa və dolayı dəstək göstərən şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etmək hüququ verir. Qanunun qəbulundan sonra tətbiq edilən bu sanksiyalar Suriyada mövcud olan iqtisadi böhranı daha da dərinləşdirmişdi.

Məqalədə: #Səudiyyə Ərəbistanı #ABŞ #Donald Tramp #Suriya #Körfəz Əməkdaşlıq Şurası #Ağ Ev #Vaşinqton #sanksiyalar #səfər #Əhməd Əl-Şaraa

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.