Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edilib
Oman Sultanlığı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.Görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.
Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat
Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlər ölkələrimizin liderləri arasında yüksəksəviyyəli qarşılıqlı əlaqəni tam əks etdirməlidir. İki qardaş dövlət arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün əlimizdən gələni edirik. Bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat bildirib.
“Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional tərəfdaşlığın təşviqi imkanları nəzərdən keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov “Asienbrücke” Assosiasiyasının prezidenti və İdarə Heyətinin sədri Andreas Şoyer ilə videokonfrans formatında görüş keçirib.
Tatarıstan ilə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub
Mikayıl Cabbarov Oleq Korobçenko ilə görüşüb.
Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub
Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkəti ilə həyata keçirilən əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyət və gələcək planlara dair fikir mübadiləsi aparılıb.
Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib
Şahbaz Şərif Mikayıl Cabbarovu qəbul edib.
Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.
Azərbaycan və İsrail arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Maliyyə Nazirliyinin rəhbəri və Azərbaycan‑İsrail Hökumətlərarası Birgə Komissiyasının həmsədri Zeev Elkin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər. Bu barədə nazir Mikayıl Cabbarov rəsmi "X" səhifəsində paylaşım edib.
“China Datang Corporation Ltd.” şirkətinin sədri ilə görüş keçirilib
“China Datang Corporation Ltd.” şirkəti ilə enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi və yaşıl enerji konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və texnoloji innovasiyaların tətbiqi ölkə iqtisadiyyatının əsas prioritet istiqamətlərindəndir.
Azərbaycan və İslam İnkişaf Bankı arasında qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə edilib
Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə ediblər. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib. "Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində İslam İnkişaf Bankının sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və IsDB Qrupunun illik toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər barədə müzakirələr apardıq", - nazir qeyd edib.
İstanbul Sənaye Palatasında təmsil olunan iş adamları Azərbaycanın biznes imkanları ilə tanış olublar
İstanbul Sənaye Palatasının İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə olunub. Nümayəndə heyəti ölkəmizin əlverişli işgüzar mühiti ilə tanış olub.
İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi müzakirə olunub.